Müctəba Xamenei Rusiyaya necə aparılıb? ŞOK DETALLAR
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İranın yeni Ali Lideri Müctəba Xameneinin hazırda Rusiyanın paytaxtı Moskvada müalicə aldığı iddia olunur.
Turkustan.az xəbər verir ki, bu barədə Küveytin “AJ Jariba” qəzeti Xameneinin yaxın çevrəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində yaralanan Müctəba Xamenei əməliyyat olunmalı olub. Bildirilir ki, o, yüksək məxfi əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.
Qəzetin yazdığına görə, Xamenei uğurla əməliyyat edilib və hazırda Rusiya Prezidenti Vladimir Putinin iqamətgahlarından birinə bağlı özəl xəstəxanada müalicə alır.
Mənbə qeyd edir ki, ABŞ və İsrailin hücumlarından sonra İranın yeni Ali Liderinin yaxşı təchiz olunmuş xəstəxanaya yerləşdirilməsi planlaşdırılıb. Lakin İrana edilən hücumlar səbəbindən bunun ölkə daxilində təmin edilməsi mümkün olmayıb.
Bundan əlavə, İran təhlükəsizlik xidmətlərinin Xameneinin harada olduğu barədə məlumatların sızmasından ciddi narahatlıq keçirdiyi bildirilir. Bu səbəbdən onun müalicəsinin Rusiyada təşkil edildiyi iddia olunur.
İslahatçılara yaxın bir İran mənbəsi isə Xameneinin millətə ilk müraciəti ilə bağlı diqqətçəkən iddia səsləndirib. Bildirilib ki, yayılan ilk müraciət saxta olub və onun adından hazırlanıb.
Həmin mənbənin sözlərinə görə, müraciətin mətnini İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani yazıb. Müraciətin səs yazısı olmadan və Xameneinin ictimaiyyət qarşısına çıxmadan yayımlanması da bu iddiaları gücləndirir. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 16 Mart 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















