Müctəba Xameneinin atasından gizlin işləri üzə çıxdı VİDEO
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İslam Respublikasının ali liderinin oğlu və dini məktəbdə müəllim olan Müctəba Xameneinin fiqh və üsul üzrə onlayn dərsindən yayılan videoda onun dərslərini hələlik dayandırdığını dediyi görünür.
Modern.az xəbər verir ki, bu video 2024-cü ildə "BBC"də yayılıb.
Videoda Müctəba Xamenei bildirir ki, bu qərarı atasına məlumat vermədən qəbul edib və dərslərin dayandırılmasının müvəqqəti, yoxsa daimi olacağını özü də bilmir.
Məlumata görə, Müctəba Xameneinin “xaric dərsi” kimi tanınan bu dərsləri 13 il davam edib. Fiqh və üsul üzrə “xaric dərsi” şiə dini təhsil sistemində ən yüksək səviyyə hesab olunur və tələbələr bu mərhələni keçdikdən sonra ictihad dərəcəsinə çatırlar.
Qeyd edək ki, Müctəba atası Əli Xameninin ölümündən sonra İranın ali dini lideri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 11 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















