Müctəba Xameneinin Londondakı evi diplomatik obyektlər üçün risk yaradır
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın yeni Ali Rəhbərinin xaricdəki əmlakları ilə bağlı ciddi müzakirələr gündəmə gəlib.
Fox News-un məlumatına görə, bu müzakirələr İranın ali lideri Müctəba Xamenei Böyük Britaniyanın paytaxtı Londonda yerləşən və İsrail səfirliyinə birbaşa baxış imkanı olan lüks mənzillərlə əlaqələndirilir.
Araşdırmalara əsasən, bu mənzillər Londonun Kensington bölgəsində yerləşir və İsrail səfirliyinin arxa hissəsinə çox yaxın məsafədədir. Ekspertlərin fikrincə, bu məkan “daimi müşahidə imkanı” yarada bilər və təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
Bildirilir ki, həmin əmlaklar vasitəçilər və şirkətlər şəbəkəsi üzərindən əldə olunub və bu, İran rəhbərliyinin xaricdə geniş maliyyə və daşınmaz əmlak portfelinə sahib olması ilə bağlı iddiaları gücləndirir. Araşdırmalar bu aktivlərin ümumi dəyərinin yüz milyonlarla dollar ola biləcəyini göstərir.
Təhlükəsizlik mütəxəssisləri qeyd edirlər ki, belə bir “birbaşa baxış xətti” strateji baxımdan xüsusi əhəmiyyət daşıyır və diplomatik obyektlərin təhlükəsizliyi üçün risk yarada bilər. Bu səbəbdən məsələ Böyük Britaniyada da siyasi və hüquqi müzakirələrə səbəb olub. İranın xaricdəki aktivləri ilə bağlı yeni araşdırmaların aparılması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 20 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















