Müdafiə naziri: Pakistan və Əfqanıstan arasında danışıqlar iflasa uğrayıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Pakistanla Əfqanıstan arasında danışıqların İstanbulda keçirilən növbəti raundu uğurla nəticələnməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifə istinadən bildirib.
"Əfqanıstan rəsmiləri ilə danışıqlar razılaşma əldə olunmadan başa çatıb, çünki "Taliban" sərhəddəki yaraqlıların hücumlarının məhdudlaşdırılmasına qəti təminat verməkdən imtina edib", - o deyib.
Nazirin sözlərinə görə, "Taliban"ı təmsil edən danışıqçılar yalnız şifahi təminatlar verməyə hazır olduqları halda İslamabad yazılı razılaşmada təkid edir. Bu, ötən ay iki ölkə arasında əldə edilmiş atəşkəsi təhlükə altına qoya bilər.
O, həmçinin qeyd edib ki, Pakistan Əfqanıstan ərazisindən hücum olacağı təqdirdə cavab tədbirləri görmək niyyətində olduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















