Icma.az
close
up
RU
Müdafiə naziri Putini təkzib etdi Kupyansk uğurunda döyüşlər davam edir...

Müdafiə naziri Putini təkzib etdi Kupyansk uğurunda döyüşlər davam edir...

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Senatı Rusiya neft-qaz sektorunu hədəf alan yeni qanun layihəsi təqdim edib

ABŞ Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə mümkün sülh razılaşmasını qəbul etməyəcəyi təqdirdə qüvvəyə minə biləcək yeni sanksiyalar paketi üzərində işləyir.

“AzPolitika” bildirir ki, bu barədə çərşənbə günü diplomatik mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar ilk növbədə Rusiyanın enerji sektorunu hədəf alacaq. Xüsusilə “kölgə donanması” adlandırılan tankerlər, eləcə də Rusiya neftinin satışında vasitəçilik edən neft treyderləri sanksiya siyahısına düşə bilər.

“Bloomberg” yazır ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bu tədbirləri bir sıra Avropa ölkələrinin səfirləri ilə müzakirə edib. Bildirilir ki, sanksiyalarla bağlı qərar artıq bu həftə elan oluna bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, Moskva Ukrayna ilə sülh “razılaşmasına” getmədiyi halda Rusiyaya qarşı təzyiqlər gücləndirilə bilər. Oktyabr ayında Vaşinqton Rusiyanın ən böyük neft şirkətləri – “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. ABŞ eyni zamanda Ukraynaya da siyasi təzyiq göstərir.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Moskvada Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edərək ABŞ administrasiyası ilə dialoqda “müəyyən irəliləyişin” olduğunu bildirib. Bununla yanaşı, o qeyd edib ki, Avropa İttifaqının əksər ölkələri ilə münasibətlərdə irəliləyiş yoxdur və buna səbəb onların Ukraynaya dəstəyidir.

Rusiya müdafiə naziri Andrey Belousov isə bəyan edib ki, “Avropa ölkələri və NATO-nun siyasəti 2026-cı ildə Ukraynada hərbi əməliyyatların davam etməsi üçün real zəmin yaradır”.

Sülh perspektivlərindən danışan Putin bildirib ki, əgər “münaqişənin ilkin səbəblərini” diplomatik yollarla aradan qaldırmaq mümkün olmazsa, Rusiya “öz tarixi torpaqlarının azad edilməsinə hərbi yolla nail olacaq”. O, “tarixi torpaqlar” ifadəsi ilə konkret hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Rusiya rəsmi olaraq Krımla yanaşı Ukraynanın daha dörd vilayətini anneksiya etdiyini iddia edir. Sülh danışıqları kontekstində Moskvanın ən azı Donetsk və Luqansk vilayətlərinin tam şəkildə ona verilməsini tələb etdiyi bildirilir.

Putin və Belousov yenidən Rusiya qoşunlarının cəbhədə uğurlar qazandığını bəyan ediblər. Belousov eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin “qaçılmaz olaraq çökəcəyini” iddia edib. Bununla belə, o faktiki olaraq Kupyansk uğrunda döyüşlərin davam etdiyini də etiraf edib. Halbuki Rusiya Müdafiə Nazirliyi daha əvvəl şəhərin ələ keçirildiyini açıqlamışdı.

Hələlik razılaşdırılmış sülh sazişi layihəsi mövcud deyil. 14–15 dekabr tarixlərində Berlində ABŞ, Ukrayna və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bir sıra məsələlər üzrə “əhəmiyyətli irəliləyiş” əldə olunduğu bildirilsə də, ərazi məsələsi də daxil olmaqla əsas mövzularda konsensus yoxdur.

Moskvanın iddiasına görə, sülh planının son variantları Rusiya ilə hələ müzakirə edilməyib. Rusiyanın plana razılıq verməsi üçün konkret son tarix olub-olmadığı da bəlli deyil. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva “Bloomberg”in sözügedən dərcini görməyib, lakin sanksiyaların sərtləşdirilməsi planlarından xəbərdardır. Onun sözlərinə görə, “istənilən sanksiyalar münasibətlərin normallaşmasına zərər vurur”.

Bundan əvvəl, çərşənbə axşamı ABŞ-də bir qrup senator Rusiya neftinin alıcılarına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim edib. Sənəd Rusiya nefti ilə ticarətdə iştirak edən üçüncü tərəflərə qarşı ünvanlı sanksiyaların tətbiqini nəzərdə tutur. Eyni zamanda bir sıra istisnalar da var: məsələn, Ukraynaya ciddi yardım göstərən ölkələr sanksiyalardan azad edilə bilər. Qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağı hələlik məlum deyil və Ağ Evin dəstəyi olmadan onun qəbul edilmə şanslarının aşağı olduğu qeyd olunur.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri