Müdafiə naziri soruşdu ki, neçə gün müharibə apara bilərik? Dedim... Məmmədyarov
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“2015-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 3 milyard dollar təşkil edirdi. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çox idi. Həmin dövrdə ermənilər ruslara güvənirdilər. Düşünürdülər ki, Rusiya onların təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda, diaspor vasitəsilə ABŞ-dan da dəstək almağı planlaşdırırdılar. Əmin idilər ki, Azərbaycan heç vaxt ordusunun gücü ilə torpaqlarını işğaldan azad edə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
Sabiq nazir həmçinin hərbi əməliyyatların mümkün müddətinə dair o dövrün müzakirələrini də xatırladıb:
“Müdafiə naziri məndən soruşdu ki, hərbi əməliyyatlar keçirmək üçün neçə gün vaxtımız var? Mən dedim ki, 3–4 gün, uzağı 1 həftə.
Çünki üç həmsədr ölkə məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaqdı, bu da bizə mane ola bilərdi. Yeni qətnamə qəbul oluna bilərdi. Yeni faktorlar, risklər var idi.
Prezident İlham Əliyev çox məsuliyyətli qərar verməli idi. O, bütün təhlükəsizlik amillərini nəzərə alaraq çox ağır, lakin düşünülmüş qərar qəbul etdi. Sağ olsun ki, bu böyük məsuliyyət tələb edən missiyanı uğurla yerinə yetirdi”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 07 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















