Icma.az
close
up
RU
Müdafiə naziri təsdiqlədi Ultrapravoslav yəhudlər hərbi xidmətə çağırılacaq

Müdafiə naziri təsdiqlədi Ultrapravoslav yəhudlər hərbi xidmətə çağırılacaq

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gündə İsraildə ultra-pravoslav yəhudilər (Haredi) orduya çağırılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu günə qədər onlarınhərbi xidmətə çağırış halı qanunda olmasa da, bu gün İsrailin müdafiə naziri Yisrael Katz 7 min ultra-pravoslav yəhudinin hərbi xidmətə çağırılması əmrini imzalayıb.

Müdafiə Nazirliyindən verilən açıqlamaya əsasən, artıq "Haredi"lərin hərbi xidmətə çağırılması prosesinə bu gündən start verilib: "Artıq bu gündən çağırış vərəqələri hazırlanır və 17 noyabrdan etibarən evlərə bildirişlər göndəriləcək".

Xatırladaq ki, ultra-pravoslav yəhudilər heç vaxt orduda xidmət etməöyib. Onlar bunu "günah" sayırlar və qərara etirazlarını davam etdirirlər.

Onu da qeyd edək ki, onlar İsrailin 9 milyonluq əhalisinin təxminən 12 faizini təşkil edir: "Haredi yəhudilərinin əksəriyyəti Qərbi Qüdsdəki Meaşerim məhəlləsində və paytaxt Təl-Əvivin yaxınlığındakı Bney Brak şəhərində yaşayır. İsraildə 1 noyabr 2022-ci il seçkilərində qalib gələn Likud lideri Binyamin Netanyahunun koalisiya ittifaqına ultra-pravoslav Şas və Birləşmiş Tövrat Yəhudilik partiyaları ilə yanaşı, ifrat sağçı partiyalar da daxildir. Haredi yəhudilərinin əksəriyyəti dinlərinin tələb etdiyi kimi yaşaya bilmədiklərini əsas gətirərək orduda xidmət etməkdən imtina edirlər".

Onu da yada salaq ki, ultra-ortodoks yəhudiliyə inanan Haredimlər 26 yaşına qədər Tövrat Kurslarında (Yeşiva) təhsil alsalar, hərbi xidmətdən azad edilirlər.

Məlumat üçün bildirək ki, İsraildə kişilər və qadınlar 3 il məcburi hərbi xidmət keçir. 

Tahir Şəlvəli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri