Icma.az
close
up
RU
Müdafiə Nazirliyinin 42 milyonluq mənimsəmə... Şahidər ifadə veriblər

Müdafiə Nazirliyinin 42 milyonluq mənimsəmə... Şahidər ifadə veriblər

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Şəhla Abdurəhmanova bildirib ki, hazırda Əmanətlərin Sığortalanması Fondunda çalışır. O, bundan əvvəl “Ata Bank”da işlədiyini deyib.
“Şahin-CO” şirkəti (ittiham aktına görə Zahid Niftəliyevin yaratdığı şirkət - red) ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub”.
O bildirib ki, "Şahin-CO" şirkəti üçün də protokol və ondan çıxarış olub, sonra, şirkətin cari hesabına kredit köçürülüb.
Ş.Abdurrahmanova idarə heyətinin sədri Dəyanət Quliyevlə həmin müqaviləni imzaladığını deyib:
“Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib. Protokol, çıxarış, qərar olmadan mən heç nəyi imzalaya bilmərəm", - deyə şahid bildirib.
Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ifadələrində ziddiyyət var. Buna görə də, onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Məlum olub ki, "Şahin-CO" şirkəti təsis olunan gün ona kredit verilib. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dedikdə, ona "sən qarışma, nə deyilir onu da et" deyilib.
Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb. Şəhla Abdurrahmanova ifadəsini təsdiq edib.
Məhkəmənin növbəti prosesi yanvarın 15-də davam edəcək.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.
Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub(Report).

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri