Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Pakistanda səfərdədir
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Noyabrın 19-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı işə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Nazir müavini müxtəlif ölkələrin hərbi sənaye məhsullarının nümayiş edildiyi stendlərlə tanış olub. Sərgi çərçivəsində M.Baxışov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini İhsan Kaya, Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza, Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal və digər dövlət rəsmiləri, eləcə də özəl şirkətlərin nümayədələri ilə görüşüb.
Görüşlərdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















