Icma.az
close
up
RU
Müdafiəni gücləndirmək üçün Fransaya 15 milyard avro kredit veriləcək

Müdafiəni gücləndirmək üçün Fransaya 15 milyard avro kredit veriləcək

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Avropa Komissiyası (AK) və Fransa Parisə 15 milyard avrodan çox kreditin ayrılması barədə saziş imzalayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu, Avropa İtifaqının (Aİ) müdafiəsini gücləndirmək üçün SAFE proqramı çərçivəsində baş tutub.

Müqavilə Parisdə keçirilən "Eurosatory" beynəlxalq müdafiə sərgisi çərçivəsində AK-nın müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus, eləcə də büdcə və insan resursları üzrə komissarı Pyotr Serafin, Fransanın Silahlı Qüvvələr və İqtisadiyyat nazirləri Katrin Votren və Roland Leskyurun iştirakı ilə imzalanıb.

Serafinin sözlərinə görə, saziş Avropanın strateji muxtariyyətinin artırılması yolunda mühüm addım olub.

"Avropa üçün 150 milyard avro, Fransa üçün 15 milyard avro. Bu kifayətdirmi? Əlbəttə ki, yox. Lakin bu, təhlükəsizlik və müdafiə sahəsində davamlı iştiraka doğru ilk addımdır", - o, imzalanma mərasimində bildirib.

Kubilyus qeyd edib ki, SAFE "təkcə Aİ-nin üzv dövlətlərin müdafiəsinə yatırdığı ən böyük investisiya deyil, həm də ittifaq tərəfindən müdafiə potensialını gücləndirmək üçün qəbul edilmiş ən sürətli qərarlardan biridir".

Leskyur imzalanmanı "Fransa, Avropa və Avropa müdafiə sənayesi üçün mühüm gün" adlandırıb və qeyd edib ki, proqram Aİ ölkələri arasında birgə layihələri maliyyələşdirməyə və müdafiə sektoruna investisiyaları sürətləndirməyə imkan verəcək.

Fransa hökuməti bildirib ki, maliyyələşmə silah, tədqiqat, kosmos və innovasiyalar sahəsində onlarla layihəyə, eləcə də Avropa müdafiə şirkətləri arasında əməkdaşlığın inkişafına yönəldiləcək.

Avropa KomissiyasıFransaSAFE

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyun 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri