Icma.az
close
up
RU
Müdaxilə qərarı bəzən seçim deyil, öhdəlik olur

Müdaxilə qərarı bəzən seçim deyil, öhdəlik olur

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Obyektiv təhlili göstərir ki, dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan xidmət tərəfindən tətbiq edilən tədbirlər beynəlxalq mühafizə praktikasında qəbul olunmuş preventiv təhlükəsizlik prinsiplərinə uyğun olub.
Bir neçə gündür ki, Prezidentin Vaşinqton səfəri zamanı baş vermiş insidentlə bağlı geniş müzakirələr aparılır və hadisə müxtəlif aspektlərdən şərh edilir. Əlbəttə ki, bu epizod Prezidentin uğurlu səfəri və yürüdülən siyasət fonunda təsadüfi hadisə kimi deyil, əvvəlcədən planlaşdırılmış provokasiya ehtimalı prizmasından da qiymətləndirilə bilər.
Lakin bu yazının məqsədi siyasi mülahizə yürütmək deyil. Burada baş verən hadisənin məhz təhlükəsizlik hüququ baxımından necə qiymətləndirilməli olduğunu araşdırmağa çalışacağıq.
Vaşinqtonda dövlət başçısının səfəri zamanı baş verən insident bir daha göstərdi ki, təhlükəsizliklə əlaqədar hadisələr çox vaxt hüquqi məntiq üzrə deyil, emosional görüntü üzrə şərh olunur. Halbuki dövlət başçısının mühafizəsi sahəsində qərarlar görüntünün necə göründüyünə görə yox, riskin həmin anda nə qədər real olduğuna görə qəbul edilir.
Çünki beynəlxalq hüquqda dövlət başçıları xüsusi qorunan şəxslər kateqoriyasına daxildir. Bu status 1973-cü il tarixli "Beynəlxalq müdafiə olunan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" (Convention on the Prevention and Punishment of Crimes against Internationally Protected Persons) sənədində təsbit olunmuş və dövlət başçıları həmin sənədin 1-ci maddəsinə əsasən "beynəlxalq müdafiə olunan şəxslər" (internationally protected persons) kimi müəyyən edilmişdir. Bu Konvensiyanın 2-ci maddəsi isə dövlətlərə bu şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmək öhdəliyi qoyur.
Təhlükəsizlik sistemi niyyəti yox, real vəziyyəti qiymətləndirir
Praktik mühafizə sistemində təhlükə sübut ediləndən sonra müdaxilə edilmir, çünki həmin vaxt artıq gec ola bilər. Risk məsafənin dəyişməsi, hərəkətin nəzarət səviyyəsi, təhlükəsizlik çağırışına reaksiya kimi fiziki və real göstəricilər üzrə qiymətləndirilir.
Bu yanaşma diplomatik təhlükəsizlik öhdəliyindən də irəli gəlir. 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyasının (Vienna Convention on Diplomatic Relations) 22-ci maddəsi qəbul edən dövlətin diplomatik nümayəndələrin təhlükəsizliyini təmin etməyə borclu olduğunu müəyyən edir. Bu prinsip beynəlxalq səfərlərdə dövlət başçılarına münasibətdə daha geniş tətbiq olunur.
Müdaxilə qərarı bəzən seçim deyil, öhdəlik olur
Əgər qorunan şəxsin təhlükəsizliyinə risk yaranıbsa, müdaxilə edilməməsi xidmət səhvi hesab oluna bilər. Müasir təhlükəsizlik doktrinasında bu yanaşma preventiv mühafizə prinsipi (preventive protection principle) kimi tanınır və yüksək səviyyəli tədbirlərin təhlükəsizlik planlaşdırılmasında əsas əməliyyat qaydası sayılır. Bu prinsipə görə təhlükəsizlik xidmətinin vəzifəsi hadisəni araşdırmaq deyil, hadisənin baş vermə ehtimalını aradan qaldırmaqdır.
Etiraz hüququ və təhlükəsizlik zonası
Etiraz hüququ beynəlxalq insan hüquqları sistemində tanınır. Lakin bu hüquq təhlükəsizlik zonasında məkan üzrə məhdudlaşdırıla bilər. Bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (European Court of Human Rights) presedent praktikasında da təsdiqlənib. Məhkəmə dövlətlərin təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən diskresion hüququnu tanıyır. Xüsusilə, yüksək vəzifəli şəxslərin təhlükəsizliyini təmin etmək üçün müəyyən zonalarda toplaşma azadlığına məhdudiyyətlər tətbiq edilməsi, həmin məhdudiyyətlər mütənasib olduqda, legitim hesab olunur. Belə zonada fiziki yaxınlaşma artıq ifadə forması deyil, təhlükəsizlik pozuntusu kimi qiymətləndirilir.
İnformasiya mühitində hadisələrin seçilmiş təqdimatı
Belə insidentlərdə ictimaiyyət adətən yalnız müdaxilə anını görür. Halbuki təhlükəsizlik qərarı həmin andan əvvəl yaranmış risk göstəricilərinə əsaslanır. Operativ baxımdan qısa görünən müdaxilə çox vaxt ən minimal tədbir hesab olunur. Təhlükəsizlik xidmətinin məqsədi hadisənin səbəbini müəyyən etmək deyil, fiziki təhlükə ehtimalını dərhal aradan qaldırmaqdır.
Təhlükəsizlik refleksi niyə vacibdir
Tarixi təcrübə göstərir ki, dövlət başçılarına qarşı təhlükələrin böyük hissəsi məhz nəzarətsiz yaxınlaşma ilə başlayıb. 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin sui-qəsdə məruz qalması, 1981-ci ildə Ronald Reyqana qarşı edilən sui-qəsd cəhdi və ya 2011-ci ildə ABŞ nümayəndəsi Qabriel Giffordsa qarşı hücum kimi hadisələr göstərir ki, təhlükə çox vaxt gözlənilməz anda və yaxın məsafədən yaranır. Bu səbəbdən mühafizə sistemləri hücumun baş verməsini gözləmir, riskin mümkünlüyünü aradan qaldırır. Bu yanaşma beynəlxalq təhlükəsizlik praktikasının əsas refleksi sayılır.
Vaşinqton hadisəsinin hüquqi təhlili göstərir ki, burada əsas məsələ bir neçə saniyəlik fiziki müdaxilə deyil. Əsas məsələ həmin anlarda təhlükəsizlik xidmətinin hansı beynəlxalq öhdəlik və prosedurlar çərçivəsində hərəkət etməsi idi.
Baş vermiş hadisənin operativ təhlili göstərir ki, dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan xidmət tərəfindən tətbiq edilən tədbirlər beynəlxalq mühafizə praktikasında qəbul olunmuş preventiv təhlükəsizlik prinsiplərinə uyğun olub. Bu hadisə zamanı nümayiş etdirilən operativlik dövlət başçılarının təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş beynəlxalq təhlükəsizlik protokollarına uyğun davranış nümunəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu epizod Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığının, beynəlxalq standartlara uyğun fəaliyyət göstərmə qabiliyyətinin nümayişidir.
Əliməmməd Nuriyev, Konstitusiya Arashdirmalar Fondunun prezidenti
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri