Icma.az
close
up
RU
Müəllif qonorarı ödənilməlidir Ali Məhkəmə

Müəllif qonorarı ödənilməlidir Ali Məhkəmə

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir.

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, idxal etdiyi mallar qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar hesab edilmir, şirkət yalnız elektronika və məişət texnikası idxal edir və satır. Buna görə də qonorar ödəmək və Gildiya ilə müqavilə bağlamaq öhdəliyi daşımadığını irəli sürüb.

İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı rədd edərkən belə nəticəyə gəliblər ki, iddiaçı cavabdehə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan başqa, məhkəmələr cavabdehin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu iddiaçının mötəbər sübutlarla təsdiq edə bilmədiyini qeyd ediblər.

Ali Məhkəmənin mövqeyində isə bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 17.3-cü maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surəti çıxarıldıqda müəlliflərin, ifaçıların, audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və həmin qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilir:

"Normanın məzmunundan görünür ki, həm müəlliflərin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir.
Həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş müqavilə isə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir. Müqavilənin bağlanması tərəflərə, o cümlədən idxalçıya qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla, qonorarın məbləğini və ödənilməsi şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Tərəflər razılığa gələ bilmədikdə isə həmin məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi açıq şəkildə göstərilmişdir.

Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşsa da, qeyd etmişdir ki, həmin mövqe öz-özlüyündə iddiaçının pul tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz, çünki müəlliflərin qonorar almaq hüququ və cavabdehin ödəniş öhdəliyinin hüquqi əsasının birbaşa qanundan, yoxsa müqavilədən irəli gəldiyi müəyyən olunmalıdır.

Əks yanaşma qəbul edildiyi halda, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər. Belə yanaşma isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla təmin edilmiş əmlak hüquqlarının faktiki həyata keçirilməsini mümkünsüz edər, qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini əhəmiyyətsiz hala salar və hüquqdan sui-istifadəyə şərait yaradardı.

Beləliklə, tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qanundan irəli gələn qonorar almaq hüququnu və idxalçının həmin qonorarı ödəmək öhdəliyini aradan qaldırmır. Müqavilənin hüquqi əhəmiyyəti tərəflərin qanunvericiliklə müəyyən edilmiş çərçivə daxilində qonorarın məbləği və ödənilmə qaydası barədə qarşılıqlı razılığa gəlmələrindən ibarətdir. Belə razılıq əldə edilmədiyi halda isə idxalçı qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğdə qonorar ödəmək öhdəliyini daşıyır".

Həmçinin vurğulanıb ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsində sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısı məhdud xarakter daşımır. “Başqa avadanlıqlar” və “digər maddi daşıyıcılar” anlayışları texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməlidir. Konkret texniki vasitənin həmin kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyən edilməlidir.

Sonda iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Avqust 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri