Icma.az
close
up
RU
Müəllim işləmək istəyənlərin nəzərinə! Vakansiya var

Müəllim işləmək istəyənlərin nəzərinə! Vakansiya var

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Modern.az xəbər verir ki, seçiləcək professor-müəllim heyətinin vəzifələri aşağıdakılardır: 

Bakalavriat səviyyəsində keyfiyyətli tədrisin aparılması; 

Kurs sillabusunun hazırlanması; 

Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi; 

SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi; 

Müvafiq ali təhsil müəssisənin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi; 

Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

Müsabiqədə iştirak etmək üçün tələblər: 

Ən azı magistr dərəcəsinə malik olması;

Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması;

Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik olması;

Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;

İnnovativ tədris metodlarını tətbiq edə bilməsi;

Tədrisdə müasir pedaqoji yanaşmalardan istifadə edə bilməsi;

Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;

Dinamik, təşəbbüskar, pozitiv olması;

Geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması. 

Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır: 

İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək;

SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür;

Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər;

Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz;

Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;

Qeydiyyat ilə bağlı sual yarandıqda [email protected] ünvanına müraciət edə bilərsiniz;

Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;

Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq;

Bu seçim müvafiq fənn üzrə yalnız 2025/2026-cı tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur və növbəti tədris ilində (və ya semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur. 

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 31.05.2025-ci il, 23:59

Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri