Icma.az
close
up
RU
Müəllim və qəhrəman: Müharibə iştirakçısı Eyvaz Süleymanov

Müəllim və qəhrəman: Müharibə iştirakçısı Eyvaz Süleymanov

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tovuz, 26 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində göstərdiyi misilsiz igidlik nümunələri xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. O igidlər arasında Eyvaz Süleymanovun da adı xüsusi hörmət və fəxrlə çəkilir. O, həm döyüş meydanında, həm də bu gün təhsil sahəsində gənc nəslə vətənpərvərlik aşılayan bir müəllim kimi xalqına xidmətini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Süleymanov Eyvaz Sahib oğlu 1995-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin tarix-coğrafiya müəllimliyi ixtisasına daxil olur. 2016-cı ildə ali məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Eyvaz xidməti başa vurduqdan sonra müəllim kimi fəaliyyətə başlayır. O Tovuzun İsakənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. Eyni zamanda Tovuz rayon Qədirli kəndində peşə təmayüllü siniflərin qrup rəhbəridir.

2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi Eyvaz Süleymanovun da həyatında dönüş nöqtəsi oldu. O, tərəddüd etmədən ordu sıralarına yazıldı və döyüş bölgəsinə yollandı. Təhsil cəbhəsini döyüş cəbhəsinə dəyişdi. Daşkəsən-Kəlbəcər istiqamətində, Murovdağ əməliyyatlarında iştirak edən Eyvaz Süleymanov ağır şəraitdə belə öz döyüş yoldaşları ilə birlikdə düşmənə layiqli cavab verib. Hətta düşmənlə əlbəyaxa döyüşlərdə iştirak edən Eyvaz deyir ki, şagirdləri yaşda gənclərlə çiyin-çiyinə döyüşürdü və bu, onu daha da qürurlandırırdı.

“Kəlbəcərə ilk bizim bölmələrimiz daxil oldu. Həmin an çox qürurlu idik. Artıq 30 il düşmən tapdağında olan torpaqlarımıza ayaq basırdıq, Qarabağ azadlığına qovuşmuşdu, bu, bizim üçün ən sevincli anlar idi”- deyə Vətən müharibəsi iştirakçısı bildirib.

Eyvaz deyir ki, Vətən müharibəsinin ilk günündən hər bir əsgər qələbəyə can atır, bir nəfərin cəsarəti, döyüş bacarığı digərlərini də ruhlandırırdı: “Hücum əməliyyatına hazırlaşırdıq. Bu əməliyyatda sağ qalmaq şansımız çox az idi. Döyüş yoldaşlarımıza bildirdim ki, şəhid olsam orta məktəblərdən birinə adımın verilməsini istəyirəm. Lakin döyüşdən sağ çıxdım. Hər savaşa qorxaraq yox, bir amalla qatılırdıq - “şəhid olsaq, şəhadətimiz, qalib gəlsək, zəfərimizdir”.

44 günlük vətən müharibəsi başa çatdıqdan sonra Eyvaz da öz əvvəlki peşəsinə dönür və müəllim kimi fəaliyyətini Tovuzun dağlıq İsakənd kəndində davam etdirir. Eyvaz müəllim gənclərə hər zaman belə deyir: “Vətən sevgisi hər bir azərbaycanlının qanındadır. Kimi silahla, kimi qələmlə, kimi də bir şagirdin ruhunu formalaşdırmaqla bu sevgini qoruyur”. Bu sözlər onun həyat fəlsəfəsini ifadə edir: vətənə xidmət yalnız döyüş meydanında deyil, hər addımda, hər dərsdə və hər nəsihətdə mümkündür.

Eyvaz Süleymanov kimi igidlər sayəsində Azərbaycan bu gün qalib, gənclərimiz isə qürurludur. O, həm bir müəllim, həm də döyüşçü kimi xalqın yaddaşında qalacaq. Onun həyatı bir daha sübut edir ki, əsl igidlik təkcə müharibədə deyil, həm də gündəlik həyatın hər anında özünü göstərməkdir. Bu gün onun yetişdirdiyi şagirdlər Azərbaycanın gələcəyini formalaşdıran nəsildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:588
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri