Icma.az
close
up
RU
Müəllimin 8 saatlıq iş rejimi şagirdlərə nə vəd edir...

Müəllimin 8 saatlıq iş rejimi şagirdlərə nə vəd edir...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Təhsil sektorunda 8 saatlıq iş rejiminin tətbiqi ilə bağlı müzakirələr getdikcə genişlənir və sözügedən dəyişiklik daha çox müəllimlərin iş yükü kontekstində izah olunur. Lakin yeni rejimin şagirdlərə mümkün təsiri də cəmiyyətin diqqət mərkəzində olan məsələlər sırasındadır. Xüsusilə dərs saatlarında dəyişikliklərin olub-olmayacağı, müəllim-şagird ünsiyyətinin necə formalaşacağı kimi suallar valideynləri düşündürür. Əsas narahatlıq isə bu yeniliyin tədrisin keyfiyyətinə, xüsusilə şagirdlərin qiymətləndirilməsi, biliklərin mənimsənilməsi və əlavə məşğələlərin təşkili kimi proseslərə təsiridir.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, hazırda 8 saatlıq iş rejimi əsasən müəllimin iş yükü kontekstində müzakirə olunsa da, bu qərarın ən mühüm tərəflərindən biri bilavasitə şagirdə təsirləridir.

“Təhsil sistemində hər dəyişiklik nəticə etibarilə şagirdin inkişafı, öyrənmə mühiti və fənlərin mənimsəmə səviyyəsinə yönəlməlidir. Əks halda, yalnız iş saatının artırılması təhsil keyfiyyətini yüksəltmir, sadəcə vaxtı uzadır.

Əvvəla, bu rejimin şagirdlərin dərs yükünə və tədris saatlarına təsiri barədə danışsaq, burada gözəçarpan fundamental dəyişiklik ehtimalı hələ görünmür. Yəni dərs saatlarının artırılması, fənlərin sayının dəyişməsi və ya şagirdin məktəbdə daha uzun qalması kimi konkret bir hədəf yoxdur. Bu addım daha çox müəllimin iş yerində keçirəcəyi ümumi vaxtın normativləşdirilməsi kimi görünür. Lakin mənim fikrimcə, yalnız vaxtın artırılması avtomatik şəkildə nəticə vermir – o vaxt necə bölünəcək, hansı işlərə sərf olunacaq, hansı hədəfə xidmət edəcək, bunlar strateji şəkildə müəyyənləşməlidir”.

Təhsil eksperti vurğulayıb ki, ikinci mühüm məqam müəllim-şagird ünsiyyəti və əlavə məşğələlər məsələsidir:

“Nəzəri izah budur ki, müəllim dərs bitdikdən sonra məktəbdə qalacaq, şagirdlərlə fərdi şəkildə çalışacaq, geridə qalanlara dəstək göstərəcək. Mən isə burada açıq şəkildə bir sual verirəm - mən bunu televiziyada da demişdim - dərs bitəndə hansı şagird müəllim yanında qalır? Zəng səsi çalan kimi hamı çantasını götürüb evə tələsir. Bunu real mühitdə görürük. Bu halda əlavə məşğələnin effektiv həyata keçməsi üçün sistemli stimullaşdırma lazımdır: şagirdin motivasiyası, valideynin münasibəti və ən əsası dərs prosesinin özündə lazımi boşluqların qalmaması.

Əgər yeni rejim müəllimə şagirdlə fərdi işləmək, konsultasiya aparmaq, əlavə izah vermək üçün real və planlı şərait yaratsa - bu, təbii ki, müsbət nəticə verə bilər. Amma əgər müəllim yalnız masa arxasında daha uzun oturacaqsa, iş keyfiyyəti deyil, sadəcə iş saatı artacaq. Təhsilin inkişafında isə əsas olan zamanın uzunluğu deyil, həmin zamanın tədrisə çevrilən məhsuldarlığıdır”.

Ə.Həsənli onu da əlavə edib ki, bu dəyişikliyin ümumi təhsil keyfiyyətinə təsirinin həm potensial müsbət, eləcə də riskli tərəflər var:

“Müsbət tərəfi odur ki, fərdi yanaşma güclənsə, qiymətləndirmə daha çevik və obyektiv olsa, ev tapşırıqlarının izahı dərsdə tam yerinə yetirilsə, şagirdin öyrənmə səviyyəsi artır. Amma riskli tərəfi də var: müəllim yorulacaqsa, əlavə saatlar formal öhdəliyə çevriləcəksə, bu, təkcə keyfiyyəti artırmaz, hətta müəllim motivasiyasını aşağı sala bilər.

8 saatlıq iş rejimi yalnız o zaman səmərə verəcək ki, müəllim məktəbdə keçirdiyi vaxtı real tədrisə, fərdi dəstəyə, inkişaf yönümlü fəaliyyətə çevirə bilsin. Əks halda, kağız üzərində gözəl görünən mexanizm real mühitdə istənilən təsiri göstərməyə bilər. Təhsildə əsas olan saatın çoxluğu deyil, o saatın faydalı yüküdür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri