Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır AÇIQLAMA
Icma.az bildirir, Modern.az portalına istinadən.
Tamştatlı müəllim modelində fərdi hazırlıq, valideynlərlə görüş və dərsə hazırlıq kimi fəaliyyətlərin əməkhaqqında necə nəzərə alınacağı aydınlaşdırılmalıdır.
Modern.az xəbər verir ki, bunu təhsil tədqiqatçısı Elmin Nuru “AzEdu podkast”da deyib.
Onun fikrincə, müəllimin məktəbdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmayacaqsa, əməkhaqqının hesablanması mexanizmi də bu işləri nəzərə almalıdır.
“Əməkhaqqı yenə yalnız dərs saatına görə hesablanacaqsa, müəllimin əlavə fəaliyyətlərə motivasiyası olacaqmı?” – o bildirib.
Tədqiqatçı yeni model üzrə çalışan müəllimlərin iş təcrübələrini paylaşmasının da faydalı olacağını qeyd edib. Onun sözlərinə görə, bu, modelin gündəlik fəaliyyətdə necə tətbiq olunduğunu anlamağa imkan verər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 22 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















