Icma.az
close
up
RU
Müəllimin nüfuzu zəifləyib, məktəbdə gərginlik artır SOSİOLOQ

Müəllimin nüfuzu zəifləyib, məktəbdə gərginlik artır SOSİOLOQ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tərbiyə böhranı dərinləşir - səbəb təkcə şagirdlər deyil. Aqressiya iki tərəfdəndir

Son günlər yeniyetmələrlə bağlı problemlərə nəzər saldıqla bütün oxlar təhsil ocağını göstərir. Bir tərəfdən gənclər arasında zorakılıq halları artıb, digər tərəfdən isə təhsilin keyfiyyəti gözlə görünəcək dərəcədə aşağı düşüb. Məktəbdə sinif yoldaşları arasında bıçaqlanma hadisələri baş alıb gedir. Sanki dərsə getməzdən öncə hansı mövzunu oxuyacaqlarını deyil, kimə zərər verəcəklərini düşünürlər.

Aprelin 23-də məktəblərin birində VII sinif şagirdi yoldaşları ucbatından özünü kəsici alətlə yaralamaq istəyib. Məlum olub ki, yoldaşları onu videolarını çəkib yayımlamaqla şantaj ediblər. Bir vaxtlar valideynlər övladlarını məktəbə göndərərkən yalnız təhsilini düşünürdülər. Bu gün isə əsas qayğıları onların təhlükəsiz şəkildə evə qayıdıb-qayıtmayacağıdır. Problemin dərinliyi Elm və Təhsil naziri Emin Əmrullayevin də diqqət mərkəzinə çevrilib. O, qarşıda duran ən çətin məqsədlərdən birinin tərbiyə və dəyərin formalaşdırılması olduğunu açıqlayıb.  

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, məktəblərin əsas vəzifələrindən biri pedaqoji, mənəvi-psixoloji və fiziki tərbiyənin düzgün təşkili və həyata keçirilməsidir:

“Məktəblərdə gənclər arasında tərbiyədənkənar və qeyri-qanuni hərəkətlərin artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Problem ondadır ki, bir tərəfdən müəllimin nüfuzunu aşağı salıb, ona müxtəlif cərimələr tətbiq edirik, digər tərəfdən isə ondan ciddi tərbiyə işi və yüksək tələbkarlıq gözləyirik. İki yanaşmanı eyni anda uzlaşdırmaq olduqca çətindir. Müəllim üzərində qurulan nəzarət mexanizmi şəffaf olmalıdır. O, fəaliyyətinə nəzarət edildiyini bilməli, lakin bu nəzarətin psixoloji təzyiqini hiss etməməlidir. Müəllimin cəmiyyətdə hörmət görməsi, özünü dəyərli hiss etməsi və psixoloji durumu şagirdlə davranışına təsir göstərir”. 

Sosioloqun sözlərinə görə gənclərin formalaşmasında valideynlərin də məsuliyyət payı böyükdür:

“Uşaq yaşlarından, məktəb dövründə etikadan kənar davranışları norma kimi qəbul edən valideynlərin övladlarına aşıladığı dəyərlər də yanlış davranışların formalaşmasına səbəb olur. Bu cür düşüncəyə malik valideynlərin çoxluğu məktəblərdə aparılan tərbiyəvi işin vəziyyətinə mənfi təsir göstərir. Hər bir yeniyetmə valideynlərinin yanlış davranışlarını norma kimi qəbul edib, mənimsəyir. Yanlış davranışların daşıyıcısına çevrilən gənclər bunu məktəb mühitində nümayiş etdirməyə başlayırlar. Bıçaqlanma hadisələri və sinif yoldaşının video və fotolar ilə şantaj etmək təhsil sistemindəki boşluqlardan xəbər verir. Tərbiyəvi problemin nazir tərəfindən etiraf edilməsi, çatışmazlığın gözləniləndən daha ciddi olduğunu göstərir”. 

N.Niftəliyev qeyd edib ki, məktəblərdə tərbiyə və dəyərlərin formalaşdırıması üçün bir neçə istiqamətdə işlər görülə bilər:

“Hazırda məktəblərdə baş alıb gedən lüzumsuz halların sosioloji təhlili və buna uyğun tədbirlər planının hazırlanması istiqamətində işlər görülür. Qeyri-hökümət təşkilatlarından birinin dəstəyi əsasında, təhsil sistemindəki problemlərlə bağlı 6 məktəbə pilot layihəsi çərçivəsində sorğu keçirildi. 6-11-ci sinifləri əhatə edən sorğuda bir çox faktlar ortaya çıxdı. Şagirdlər əsasən müəllimlərin sərt və qəddar davranışlarından, cəzalandırma və təhqir hallarından narazı olduqlarını bildiriblər. Təbii ki, müəllimin sərt reaksiyasına, şagird tərəfindən verilən cavab da kəskin olacaq. Hər iki tərəfin aqressiv davranışı təhsil sistemindəki problemləri dərinləşdirir. Lakin çətinliklərin həlli istiqamətində nümunəvi modellərə istinad etməklə, müəyyən təşəbbüslərin həyata keçirilməsi mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 May 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri