Icma.az
close
up
RU
“Müəllimin öz nitqi ən güclü nümunədir” Şagirdlərin dil problemi ilə bağlı AÇIQLAMA

“Müəllimin öz nitqi ən güclü nümunədir” Şagirdlərin dil problemi ilə bağlı AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsinə və bəzi hallarda rus dilinə aid sözlərdən istifadə olunmasının müşahidə edildiyini bildirib. 

Bəs niyə şagirdlər yazılı və şifahi nitqində Türkiyə türkcəsi və rus sözlərindən istifadə edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsi və rus dilinə aid sözlərin işlənməsi, əslində, daha geniş bir problemin, cəmiyyətimizin gündəlik dil mühitinin dəyişməsinin göstəricisidir:

"Uşaq dili əsasən eşitdiyi, oxuduğu və gündəlik ünsiyyətdə istifadə etdiyi mühitdən mənimsəyir. Bu gün həmin mühitə ailə və məktəblə yanaşı, sosial media, yutub, seriallar və rəqəmsal məzmun da daxildir. Araşdırmalar da uşaqların dil inkişafında məhz dilə məruz qalmanın keyfiyyətinin və canlı ünsiyyətin əhəmiyyətini göstərir. Ona görə mübarizə sözlərlə yox, mövcud dil mühiti ilə aparılmalıdır.

İbtidai sinifdən müəllim uşağın səhvini sadəcə qeyd etməməli, düzgün ifadəni ona təbii şəkildə göstərməlidir. Oxu, danışıq, hekayə qurmaq, fikrini əsaslandırmaq kimi tapşırıqlar artırılmalı, uşağın Azərbaycan dilində söz ehtiyatı aktiv şəkildə zənginləşdirilməlidir. Müəllimin öz nitqi də burada ən güclü nümunədir".

Müsahibimiz əlavə etdi ki, valideynlər isə uşağın hansı məzmuna baxdığından daha çox, həmin məzmunun dilinə diqqət etməlidirlər:

"Evdə kitab oxumaq, uşaqla geniş söhbətlər aparmaq, fikrini cümlə ilə ifadə etməsinə imkan yaratmaq sadə, amma çox təsirli addımlardır. Ən əsası, uşağı başqa dildə işlənən bir sözə görə utandırmaq lazım deyil. Ona həmin fikrin Azərbaycan dilində daha dəqiq və zəngin necə ifadə oluna biləcəyini göstərmək lazımdır.

Çünki Azərbaycan dilini uşağa qorxutmaqla deyil, sevdirməklə və gündəlik həyatın canlı dilinə çevirməklə qorumaq mümkündür. Bunun məsuliyyəti yalnız müəllimin deyil. Ailə, məktəb, media və rəqəmsal məzmun istehsalçıları birlikdə bu dil mühitini formalaşdırırlar", - deyə S.Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri