Icma.az
close
up
RU
Müəllimlər SOS siqnalı verir: Sumqayıtda şagirdlər idman zalına həsrətdir

Müəllimlər SOS siqnalı verir: Sumqayıtda şagirdlər idman zalına həsrətdir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“21-ci əsrdə, cənab Prezident İlham Əliyev idman sahəsinə xüsusi diqqət və qayğı göstərdiyi və ölkəmiz idman sahəsində bunca uğurlar, yüksək nailiyyətlər qazandığı, Azərbaycan bayrağının beynəlxalq idman yarışlarında yüksəklərə ucaldığı bir dövrdə hansısa orta məktəbin idman zalının olmaması əcaib haldır”


Sumqayıt şəhəri, M.Füzuli adına 15 saylı orta məktəbin fiziki tərbiyə müəllimləri Sherg.az-a müraciət edərək məktəbin idman zalının olmadığını bildirib. Bu haqda redaksiyaya məlumat verən fiziki tərbiyə fənni üzrə müəllim Səmədov Ruslan qeyd etdi ki, hazırda məktəbdə fiziki tərbiyə fənii üzrə daha 5 müəllim fəaliyyət göstərir: 

Abbasov Rəsul, Hümbətəliyeva Gülnaz, Bağırova Gülsabah, Əzizov Tahir, Xəlilli Nurlan. Problem bundadır ki, 6 müəllimin hər birinin dərs saatları az olduğundan əmək haqları da aşağıdır.  Dərs saatının az olmasının səbəbi isə müəllimlərin fiziki tərbiyə fənnini məktəbin idman zalında tədris edə bilməmələridir. Biz burada “məktəbin idman zalı yoxdur” ifadəsini bilərəkdən yazmadıq. Çünki Ruslan müəllimin də dediyi kimi 21-ci əsrdə, cənab Prezident İlham Əliyev idman sahəsinə xüsusi diqqət və qayğı göstərdiyi və ölkəmiz idman sahəsində bunca uğurlar, yüksək nailiyyətlər qazandığı, Azərbaycan bayrağının beynəlxalq idman yarışlarında yüksəklərə ucaldığı bir dövrdə hansısa orta məktəbin idman zalının olmaması əcaib haldır. Amma təəssüf ki, faktdır. 15 saylı orta məktəbin hazırda idman zalsız qalmasının ilginc tarixçəsi var. İdman müəllimlərinin dediyinə görə, 15 saylı orta məktəb 1969-cu ildə inşa edilmiş qocaman təhsil ocaqlarından biridir. Məktəbin sahəsi böyük olub. Hətta 3 idman zalı varmış. Sonradan məktəb binası 3 hissəyə bölünüb. Kiminsə gözünə çox “böyük” görünüb bu məktəb. 2009-2010-cu illərdə binada əsaslı təmir edilib. Müsibət də bununla başlayıb. Məktəbə məxsus idman zalı binanın bir hissəsində yerləşdirilən Uşaq Gənclər İdman Məktəbinə verilib. Yəni məktəb binasının bir hissəsinə sahiblənən UGİM idman zalını da özünküləşdirib. Beləliklə, məktəbin şagirdləri idman zalsız qalıblar. 

R.Səmədov qeyd etdi ki, məktəbin açıq havada idman meydançası var.  Lakin tədris ili boyunca fiziki tərbiyə fənnini daim açıq havada keçmək mümkün deyil. Meydançada şagirdlər yalnız futbol, voleybol oynaya bilər. Uzaqbaşı, o yan-bu yana qaçacaqlar. Məktəb daxilində idman zalı olmadığından fiziki tərbiyə dərslərinin adi sinif otağında tədrisi nəzərdə tutulur. Lakin adi sinif otaqlarında fiziki tərbiyə fənnini necə keçmək olar? Şagirdlərin məhz fiziki tərbiyəsi üçün adi sinif otağının münasib olması mümkünsüzdür. Tavandan kəndirmi asılsın, nərdivanmı gətirilsin, sinif otağına “kazyol”mu daşınsın, döşəklərmi düzülsün döşəməyə?...  İdman zalının olmaması həlli vacib digər problemi də yaradıb. İdman zalı olmadığından, fiziki tərbiyə fənni adi sinif otağına sığışdırıldığından dərslər də bölünmür. Normal halda idman dərslərində qızlara qadın müəllimlər, oğlanlara kişi müəllimlər dərs keçir. 15 saylı məktəbdə isə məhz idman zalının yoxluğu buna imkan vermir. Nəticədə müəllimlərin dərs yükü azalır, buna müvafiq də əmək haqları azalır. “Məsələn, əvvəllər 28 dərs saatımız var idi, 800-900 manat əməkhaqqı alırdıq, amma siniflər bölünmədiyi üçün 1 siniflə bir müəllim məşğul olur, dərs saatı 12-yə düşüb, 250-300 manat alırıq”, deyən R.Səmədov yeniyetmə qız şagirdlərə kişi müəllimin fiziki tərbiyə fənni keçməsinin etik olmadığını da dedi: “Hansı valideyn razı olar ki, 14-16 yaşlı qızının belindən kişi müəllim tutsun?! Biz azərbaycanlıyıq. Mentalitet deyilən bir şey var hər halda. Normal qaydada belə olmalıdır ki, qızlara qadın müəllim dərs keçməlidir, oğlanlara kişi müəllim. Qızların fiziki göstəriciləri ilə oğlanlar bir deyil”. R.Səmədov qeyd etdi ki, idman zalının olmaması diaqnostik qiymətləndirməni də çətinləşdirir: “Tutalım, açıq havada dərs keçildi. Bir müəllim 45 dəqiqə ərzində 30-35 şagirdin fiziki göstəricilərini necə yoxlayıb qiymətləndirə bilər? Siniflər bölünəndə şagird sayı da azalır, müəllim fənnini normal qaydada keçə bilir. Maddi-texniki baza fiziki tərbiyə fənninin tam keçilməsinə imkan vermədiyi üçün siniflər bölünmür, müəllimlərin dərs saatı azalır, əməkhaqqı da azalır, ən əsası isə şagirdlər fiziki tərbiyədən, idman hərəkətləri etməkdən məhrum qalırlar. Bunun şagirdlərin sağlamlığına mənfi təsirini anlatmağa ehtiyac varmı görəsən?!”. 

R.Səmədov məktəbin fiziki tərbiyə fənni müəllimlərinin məsələylə bağlı regional təhsil şöbəsinə,  Elm və Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə də müraciət edərək şagirdlərdən alınan idman zalından onların da istifadə etməsinə imkan yaradılmasını xahiş etdiklərini dedi. Lakin hələ də müraciətlərinə heç bir orqan cavab verməyib.

Görəsən, məktəbin idman zalı Uşaq, Gənclər İdman Məktəbinə peşkəş ediləndə bu məktəbin şagirdlərinin idmansız qalacağı niyə kimsənin vecinə olmayıb? Həmin İdman Məktəbinin rəhbərliyi isə deyir ki, onların məşq saatları ilə məktəbin dərs saatları üst-üstə düşür. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri