Icma.az
close
up
RU
Müəllimlər üçün geyim qaydaları qanunla tənzimlənəcək

Müəllimlər üçün geyim qaydaları qanunla tənzimlənəcək

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə əməl olunmasının hüquqi əsaslarının möhkəmləndirilməsini nəzərdə tutur.

Sənəddə qeyd olunur ki, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edir. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə ötürən şəxs deyil, eyni zamanda davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu oynayır. Bu baxımdan müəllimin işgüzar üslubda geyinməsi onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun ifadə edir.

Bildirilir ki, səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmasının qarşısını alır, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir. Eyni zamanda, şagirdlərdə müxtəlif mühitlərə uyğun geyim seçimi, peşəkar davranış mədəniyyəti və etik ünsiyyət normaları ilə bağlı düzgün yanaşmanın formalaşmasına müsbət təsir göstərir.

Vurğulanır ki, müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.

Layihədə qeyd edilir ki, müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verəcək. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir. Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi hesab olunur.

Qeyd olunur ki, bu yanaşma məktəbin ictimai nüfuzunun möhkəmlənməsinə, valideynlərin təhsil müəssisəsinə etimadının artmasına, eləcə də sağlam, nizamlı və peşəkar təhsil mühitinin formalaşmasına xidmət edir.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər yalnız geyim məsələsinin tənzimlənməsini hədəfləmir. Əsas məqsəd dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır.

Eyni zamanda, bu yanaşmanın uşaqların maraqlarının qorunmasına, məktəb–ailə əməkdaşlığının genişləndirilməsinə, qarşılıqlı məsuliyyət və hörmət mədəniyyətinin təşviqinə, həmçinin müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin davamlı inkişafına xidmət edəcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri