Icma.az
close
up
RU
Müəllimlərə şagirdlərin foto və videolarını paylaşmaq QADAĞAN OLUNUR?

Müəllimlərə şagirdlərin foto və videolarını paylaşmaq QADAĞAN OLUNUR?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Türkiyədə müəllimlərə şagirdlərin görüntülərini çəkib icazəsiz sosial şəbəkələrdə paylaşmaq qadağan olunub. Belə ki, müəllimlər şagirdlərin foto və videolarını yalnız valideynlərinin razılığı və ya yalnız maarifləndirmə məqsədi ilə çəkə bilərlər.
Sosial şəbəkələr inkişaf etdikcə, onlara maraq artdıca artıq müəllimlər də öz fəaliyyətlərinin bir qismini bu vasitə ilə təqdim edirlər. Azərbaycanda da sosial şəbəkələr vasitəsilə tanınan müəllimlər çoxdur. Lakin bu, həmişə müsbət qarşılanmır. Belə ki, bəzən müəllimlər öz üzlərini gizlədib, şagirdlərin simalarını açıq şəkildə sosial şəbəkələrdə paylaşırlar.
Bu da insanların narazılığına səbəb olur. Çünki müəllim öz üzünün görünnməsindən narahat olursa, şagirdinə də özü qədər məsuliyyətlə yanaşmalıdır.
Xatırladaq ki, təhsilverənlərin etik davranış qaydalarında onların sosial media hesablarındakı fəaliyyətinə dair bənd yer alıb. Qeyd edilib ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
Bəs müəllimlər şagirdləri hansı halda, hansı niyyətlə paylaşmalıdırlar? Ümumiyyətlə, bu, necə tənzimlənməlidir?
Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elmin Nuriyev Bizim.Media-ya deyib ki, şagird davranış qaydaları bütün məktəblərdə tətbiq olunandan sonra bu kimi detallara da nəzarət olunacaq:
“Bu kimi detallar, məktəb daxilində baş verən və ya verəcək neqativ olaylardan ötrü mütləq şagird davranış qaydaları tətbiq edilməlidir. Həmin davranış qaydaları ilə tanış olanda görürük ki, nəzəri cəhədən çox yaxşı hazırlanıb. Orada ən xırda detaldan ən ağır situasiyaya qədər etik davranış pozuntuları və onlara verilən cəzalar mexanizmi də hazırlanıb. Bu, nəzəri olaraq belədir. Təki təcrübədə də öz əksini tapsın. İstər müəllimlərin, istərsə də şagirdlərin etik davranış kodekslərində də müəyyən detallar var”.
O bildirib ki, müəllimlər etik davranış qaydalarında olan bəndlərə xüsusi diqqət etməlidirlər:
“Bu gün müəllimlərimizin arasında, tiktokerliyə, müəyyən sosial şəbəkələrdə aktivliyə maraq həddindən artıq güclənib. Əlbəttə, bunlar hamısı olsun. Amma Tiktokdan da səmərəli istifadə etmək lazımdır. Təhsili şouya çevirmək olmaz. Şagirdlər həssas yaş qrupuna aiddirlər. Orda hər bir görüntü paylaşmazdan əvvəl mütləq şagirdin valideynindən icazə alınmalıdır. Xaricdə tətbiq olunubsa, bizdə də tətbiq oluna bilər.
Elə görüntü ola bilər ki, o, ümumiyyətlə arzuolunmaz sayıla bilər. Müəllim öz səmimiyyətinə sığınıb, nəyinsə fərqinə varmadan paylaşa bilər, amma qaydalar müəyyən bir mexanizmlə tənzimlənəndə artıq müəllim də ona riayət etməyə məcbur olacaq. Müəllimlərin etik davranış kodekslərinə yenidən baxılmalı və onların sosial şəbəkədən istifadə etmə mexanizmi ayrıca bənd kimi öz əksini tapmalıdır. Bu orada var, lakin daha qabarıq işlənməlidir. İşlənmiş mexanizmlərdə şagirdlərlə fotoların paylaşılması, yaş qrupunun həssaslığı və digər məsələlər öz əksini tapmalıdır”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri