Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Müəllimlərin geyim tələblərinə dair qanunvericiliyə dəyişiklik olunur.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Hazırda dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq edilir. Bu xüsusda, “Ümumi təhsil haqqında” Qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsilalanların geyim forması ilə bağlı sözügedən tələblərə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur.
Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyimlə bağlı tələblərə riayət olunmalıdır.
Qanun layihəsi səsverməyə qoyulduqdan sonra III oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 07 İyul 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















