Müəllimlərin işi ilə bağlı yenilik olacaq Açıqlama
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimin süni intellekt alətlərindən istifadəsi vacibdir. O bildirib ki, müəllim bu alətdən düzgün və səmərəli istifadə edirsə, bu, müsbət haldır. Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi söyləyib ki, müəllimlərin süni intellekt alətlərindən istifadə etməsi artıq bir növ vacib əhəmiyyət kəsb edir:

“Çünki dünyanın əksər ölkələrində bu istiqamətdə müəllimlər təlimlərə cəlb olunaraq onların bilik və bacarıqlarının artırılmasına təkan verilir. Eyni zamanda, tədris prosesində süni intellekt alətlərindən istifadə müəllimlərin işini də asanlaşdıra bilir. Məsələn, növbəti günün dərs planlaması, şagirdlərin qiymətləndirilməsi zamanı dinləmənin mətnə, yaxud mətnin səsə çevrilməsi, təqdimat əsasında dərsin interaktiv üsulla keçirilməsi üçün müəyyən təqdimatların hazırlanması kimi məsələlərdə süni intellekt müəllimin əlavə vaxt itirməsinin qarşısını alır”.
Onun sözlərinə görə, yəni süni intellekt bir növ müəllimin köməkçisinə çevrilir:
“Ona görə də biz tədricən, təbii ki, təhsil verənləri müvafiq təlimlərə cəlb edərək, süni intellekt alətlərindən daha geniş istifadə etmək bacarıqlarını inkişaf etdirməliyik. Bu həm müəllimlərin özlərinin inkişafına, həm ümumi təhsilə müsbət təsir göstərəcək, həm də təhsilalanların təhsil göstəricilərinin yüksəlməsinə töhfə verəcək”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Şəmkirdə müəllimlərin düşdüyü qəza ilə bağlı Açıqlama
12 İyun 2025 11:07
Müəllimlərin imtahanının vaxtı ilə bağlı daha bir açıqlama
14 May 2025 18:40
Nazirlər Kabineti müəllimlərin attestasiyası ilə bağlı açıqlama yaydı
14 İyul 2025 14:10
Müəllimlərin ikinci sertifikasiya prosesi ilə bağlı açıqlama Müəyyən dəyişikliklər olacaq
14 Sentyabr 2026 16:24
Müəllimlərin geyimi dəyişir? Nazirlikdən açıqlama
14 Sentyabr 2026 15:55
Baxış sayı:103
Bu xəbər 14 Sentyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları