Icma.az
close
up
RU
Müəllimlərin nüfuzu ilə az oynayın Emma İbrahimova

Müəllimlərin nüfuzu ilə az oynayın Emma İbrahimova

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda repetitorların ayrıca sertifikasiyadan keçməsi və vergiyə cəlb olunması ilə bağlı təkliflər səsləndirilib.

Bununla bağlı Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova bildirdi ki, artıq cəmiyyət sertifikasiya məsələsi, müəllimlərin səhərdən axşam saat 6-ya qədər işdə qalması, maaş artımı və s. mövzulardan sözün əsl mənasında diksinib:

"Çünki cəmiyyətin toxunula biləcəyi daha çox problemləri var. Yəni o problemlər həll olunmalıdır. Müəllim yazıq onsuz da başını salıb aşağı, beş-on saat dərsini keçir. İllər öncə deputatlarımızdan biri çıxışında vurğulamışdı ki, müəllim maaşı müəllimi qane etmirsə, o, dərsdən sonra kənd təsərrüfatı işi ilə məşğul ola bilər - əkin-biçinlə, kartof, soğan əkib ailəsini dolandıra bilər.

Mən təəssüflər olsun ki, bugünkü gündə səhhətim və yaşadığım ərazinin şəraiti əkin-biçinlə məşğul olmağa imkan vermədiyi üçün dərsdən sonra repetitorluqla məşğulam. Düşünürəm ki, müəllimin dərsdən sonra şəxsi həyatı, hansı işlə məşğul olmasının heç kimə aidiyyəti yoxdur. Çünki müəllim də digər vəzifədə işləyənlərin işdən sonrakı şəxsi həyatına qarışmır. Repetitor isə bugünkü gün əziyyətinin, yuxusuz gecələrinin, istirahətsiz günlərinin, aylarının, illərinin çörəyini yeyir".

Onun fikrincə, repetitorları sertifikasiyadan keçirməyə gərək yoxdur.

"Çünki məncə bu məsuliyyəti boynuna alan kəslər tutduqları işin mahiyyətini dərk edirlər. Getdikləri yolun mahiyyətini anlayırlar, boyunlarındakı məsuliyyəti sözün əsl mənasında dərk edirlər.

Bu gün nədənsə cəmiyyətin müəyyən bir təbəqəsi müəllimin yaxşı yaşayışını, müəllimin normal evdə yaşamasını qəbul edə bilmir. Niyə qəbul edə bilmirlər? Çünki bizim cəmiyyət müəllimi əvvəldən bu günə qədər kasıb təbəqə kimi dəyərləndirib. Bir xeyir işi olanda, vəzifəli bir adamın övladının toyu olanda müəllimə dəvətnamə verməyiblər ki, “müəllimdir də, gəlib mənim toyuma nə nəmər salacaq, nə pul yazdıracaq ki?”. Yəni müəllimə cılızlaşmış bir təbəqə kimi baxıblar.

Bu gün hansısa müəllim əlavə qazancı ilə öz rifahını, yaşayışını yaxşılaşdırıbsa, bu, nədənsə bəzi şəxslər tərəfindən qəbul olunmur. Mənim həyatım, uşaqlığım acınacaqlı bir vəziyyətdə keçib. Mən müharibə dövrü görmüşəm, uşaqlığım müharibə illərinə təsadüf edib. Çörəyin növbə ilə alındığı vaxtlara təsadüf edib. Bir qarnı ac, bir qarnı tox böyümüşük. Mən uşaqlıqda aldığım travmanı, çəkdiyim çətinliyi bu gün öz övladlarıma yaşatmaq istəmirəm. Bu gün uşaqlarımın normal yaşaması üçün əlimdən gələni edən bir anayam, bir qadınam, bir valideynəm və bir müəlliməm. Çox xahiş edirəm, müəllimlərin nüfuzu ilə az oynasınlar", - deyə Emma İbrahimova yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri