Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Müəllimlərin sertifikasiya ilə bağlı qərar yaxın günlərdə VERİLƏCƏK

Müəllimlərin sertifikasiya ilə bağlı qərar yaxın günlərdə VERİLƏCƏK

Icma.az, Modern.az saytına istinadən bildirir.

Sertifikasiya imtahanlarının hansı fənlərdən keçiriləcəyi ilə bağlı qərar hələ də verilməyib. Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.

2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcəyi iddia edilir. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyir ki, növbəti imtahaların ləngiməsi müəllimlərin xeyrinədir, çünki onlar imtahana daha yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmış olurlar:

“Danılmaz faktdır ki, şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, onun nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılılığı qeyd edilib.

Məhz bu baxımdan da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər davam etdirilməkdədir. Sertifikasiya bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir və bu prosedurun əsas məqsəd və vəzifələrindən biri də məhz müəllimləri daim inkişafda saxlamaqdır. Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır.

Kiçik bir xatırlatma yerinə düşər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Hələ,1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram"ına "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar daxil edilmiş və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələrə əsasən Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olunmuş, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadığından bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmamışdı. Nəticə olaraq, "Əmək Məcəlləsinin 66-cı maddəsinə “dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq” bəndi salınmışdı”.

Ekspert bildirib ki, sənədə təklif edilən yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq:

"Təhsil haqqında” qanuna edilmiş dəyişiklikdən irəli gələrək, 2018- ci ildə Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edilib: "Sertifikasiya prosedurunun başlanması və ilkin sınaqların edilməsi və müəllimlərimizin daha hazırlıqlı formada prosesə qatılması təxminən payız aylarının sonuna planlaşdırılmışdı. Oktyabr-noyabr aylarından etibarən prosesə start vermək və daha geniş formada Sertifikasiyanın həyata keçirilməsi, 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulurdu. Ləngimələrin səbəbi əsasən pandemiya ilə izah olunurdu.

Nəhayət bu prosesə başlanıldı və 2022-2024-cü illər ərzində ilk olaraq Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, ingilis dili müəllimləri test imtahanlarına və müsahibələrə cəlb olundu. Bununla paralel olaraq, müəllimlərin sertifikasiyası başa çatmamış məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə aparıldı və bu da öz növbəsində sertifikasiyaya hazırlıq məqsədi güdürdü.Nəzərə alsaq ki, hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək, deməli bu baş verəcək. Bir də ki, 150 minə qədər müəllimin sertifikasiyasının keçirmək düşündüyümüz qədər də asan məsələ deyil. Ona görə də bu prosesdə yaranan və bundan sonra belə yarana biləcək hər hansı bir nüans, hər kəs tərəfindən anlaşıqla qəbul olunmalıdır”.

N.İsrafilov qeyd edib ki, növbəti ildə hansı fənn müəllimlərinin sertifikasiya imtahanına cəlb olunacağı ilə bağlı müəllimlərdə müəyyən narahatlıq müşahidə olunmaqdadır:

“Bununla bağlı sosial şəbəkələrdə müxtəlif proqnoz xarakterli məlumatlar paylaşılır. Növbəti ildə də fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri müəllimləri sertifikatlaşma prosesinə cəlbi gözlənilir, daha sonra isə informatika, təsviri incəsənət, musiqi, texnologiya və fiziki tərbiyə müəllimlərinin sertifikatlaşma prosesinin keçiriləcəyi gözlənilir. Bəzi rəsmi məlumatlarda isə bildirilir ki, hazırda bu məsələ ilə bağlı hər hansı bir qərar yoxdur, 2025-ci ildə hansı fənlər üzrə müəllimlərin sertifikasiyaya cəlb edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

İstənilən halda sertikasiyayanın hansı fəndən nə vaxt keçiriləcəyindən asılı olmayaraq, bu prosesə hazır olmaq hər bir müəllimin peşə borcudur. Müəllim sertifikasiya imtahanına görə yox, bu adın müqəddəsliyini, ona olan inam və güvəni qorumaq üçün daim hazırlıqlı olmalıdır.Çox güman ki, Nazirin media üçün brifingində digər məsələlərlə yanaşı bu məsələyə də müəyyən aydınlıq gətiriləcək. Sertifikasiya imtahanlarının vaxtının elan edilib- edilməməsi ilə bağlı hər hansı bir narahatlığa ciddi əsas görmürəm. Növbəti sertifikasiya imtahaların ləngiməsi əksinə, müəllimlərin xeyrinədir, çünki onlar imtahana daha yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmış olurlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri