Müəllimlərin sertifikasiya qaydalarında dəyişiklik ediləcək? Rəsmi CAVAB
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
“Sertifikatlaşdırma prosesi ümumilikdə 5 illik dövrü əhatə edir. Artıq bu prosesin ilk ilindən etibarən 3 il geridə qalıb və hazırda dördüncü il davam edir. Proses əvvəlki illərdə olduğu kimi, bu il də eyni qaydalarla həyata keçirilir”.
Modern.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva İctimai Televiziyada yayımlanan “Xəbərimiz var” verilişində qonaq olarkən səsləndirib.
Onun sözlərinə görə, bu müddət ərzində sertifikatlaşdırma prosesinə cəlb olunan bütün təhsil işçiləri – yəni müəllimlər üçün mövcud qaydalarda heç bir dəyişiklik edilməyib. Çünki qaydaların dəyişdirilməsi əvvəlki illərdə imtahan verən müəllimlərə qarşı haqsızlıq ola bilər:
“Buna görə də mövcud qaydalar qüvvədə saxlanılır. Yalnız 5 illik dövr tamamlandıqdan sonra ehtimal olunur ki, müəyyən dəyişikliklər gündəmə gələ bilər. Həmin vaxt yeni qaydaların müəyyənləşdirilməsi nəzərdən keçiriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















