Icma.az
close
up
RU
Müəllimlərin sertifikasiyasına bu mövzulardan suallar salınacaq

Müəllimlərin sertifikasiyasına bu mövzulardan suallar salınacaq

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.

Modern.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, riyaziyyat üzrə ümumilikdə 4 mövzu üzrə 50 sual təqdim ediləcək. Ədədlər və əməllər, statistika və ehtimal sahələri üzrə hər bir mövzudan 6, cəbr və funksiyalar üzrə 22, həndəsə və ölçmə mövzusundan isə 16 sual salınacaq.

Beləliklə, qiymətləndirmə çərçivəsinə əsasən, riyaziyyat müəllimləri üçün məzmun sahələri üzrə mövzular aşağıdakılardır:

1. Ədədlər və əməllər
- Həqiqi ədədlər və onlar üzərində əməllər
- Kompleks ədədlər və onlar üzərində əməllər
- Nisbət, tənasüb, faiz
- Çoxluqlar və birləşmələr nəzəriyyəsi

2. Cəbr və funksiyalar
- Rasional ifadələr
- Çoxhədlilər və onlar üzərində əməllər
- İrrasional ifadələr və həqiqi üstlü qüvvət
- Tənliklər, tənliklər sistemi. Tənlik qurmaqla məsələ həlli
- Bərabərsizliklər, bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti
- Ədədi ardıcıllıqlar. Silsilələr
- Funksiyalar və qrafiklər
- Triqonometrik funksiyalar, triqonometrik tənliklər və triqonometrik bərabərsizliklər
- Üstlü və loqarifmik ifadələr.Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik tənliklər sistemi. Üstlü və loqarifmik bərabərsizliklər. Üstlü və loqarifmik bərabərsizliklər sistemi
- Limit
- Törəmə və onun tətbiqləri
- İbtidai funksiya və qeyri-müəyyən inteqral
- Müəyyən inteqral və onun tətbiqi

3. Həndəsə və ölçmə
- Sadə həndəsi fiqurlar
- Üçbucaqlar
- Qabarıq çoxbucaqlılar, qabarıq dördbucaqlılar
- Çevrə və dairə
- Müstəvi fiqurlarının sahəsi
- Müstəvidə və fəzada koordinatlar üsulu. Hərəkət və oxşarlıq. Vektorlar
- Fəzada düz xətt və müstəvilərin qarşılıqlı vəziyyəti
- Çoxüzlülər, onların səthinin sahəsi və həcmi
- Fırlanma cisimləri, onların səthinin sahəsi və həcmi
- Fəza fiqurlarının kombinasiyaları və müstəvi kəsikləri

4. Statistika və ehtimal
- Statistikanın elementləri
- Hadisənin ehtimalı

Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).

Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri