Icma.az
close
up
RU
Müəllimlərin yeni iş rejimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək İlqar Orucov

Müəllimlərin yeni iş rejimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək İlqar Orucov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllimlərin dərs yükünün həftədə 18-24 saat təşkil edilməsi, müəllimlərin iş saatının 09:00-18:00 qrafiki ilə nəzərdə tutulması barədə yanaşma kifayət qədər faydalı yanaşmadır.

Bunu Redaktor.az-a açıqlamasında Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, bu yanaşma ilə müəllimlər və təhsil verənlər daha çox məktəbə bağlılıqlarını hiss edəcəklər:

"Bu, təkcə bununla bitməyəcək, eyni zamanda məktəbin ictimai işlərində, eləcə də müəllimlərin məktəbin bir parçası olaraq özlərini hiss etmələrində özünü göstərəcək. Bu, müəllimlərin əmək haqlarının artırılmasında da əksini tapacaq. Digər tərəfdən, qeyd etdiyim kimi, bu yanaşma ilə müəllim öz üzərində daha çox çalışmaq missiyasını dərk edəcək. Həmçinin çox vacib məqam ondan ibarətdir ki, əvvəllər saat hesabı ilə dərs deyən müəllimlər yalnız günün müəyyən hissəsində məktəbdə olurdularsa, indi onlar zamanlarını daha çox məktəbdə keçirməklə bu prosesi faydalılıq baxımından gücləndirəcəklər".

Müsahibimiz hesab edir ki, yeni model səmərəlilik və faydalılığın artmasına gətirib çıxaracaq və nəticə etibarilə təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək:

"Nazirliyin açıqlamasında da qeyd olunduğu kimi, bu prosesə daha çox sertifikasiya imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin cəlb olunması planlaşdırılır. Eyni zamanda, burada prosesdə könüllülük prinsipi də nəzərə alınır. Məsələn, bəzi müəllimlər yalnız tədris saatları çərçivəsində məktəbdə olmağı seçə bilərlər, digərləri isə özlərini daha çox məktəbə həsr etməklə təhsil müəssisəsinə faydalı olacaqlarını düşünərək prosesə qoşulurlar. Əlbəttə ki, mən bu yanaşmanı dəstəkləyirəm, faydalı hesab edirəm və düşünürəm ki, bu islahatların nəticəsini həm məktəblər, həm də ümumilikdə cəmiyyət olaraq proses başladıqdan sonra daha aydın şəkildə hiss edəcəyik".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri