Icma.az
close
up
RU
Müəllimlərin Youtube və TikTok yanlışlıqları Nələr qadağan olunmalıdır?

Müəllimlərin Youtube və TikTok yanlışlıqları Nələr qadağan olunmalıdır?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurunun oduna yaş da yanar

Sosial şəbəkələrin son illərdə həyatımıza ciddi şəkildə nüfuz etməsi müsbət hallarla yanaşı, mənfi tendensiyalarla da yadda qalmaqdadır. Təəssüf ki, bu faktor özünü həm də təhsil sahəsində göstərir.  Halbuki, “Təhsilverənlərin etik davranış Qaydaları”nın əsas müddəalarından biri də müəllimlərin media, eləcə də sosial şəbəkələrdəki davranış və rəftarlarına xüsusi diqqət etmələri və cəmiyyətə yalnız müsbət nümunə sayılacaq hadisələrlə yadda qalmalarıdır:

1.3. Bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Azərbaycan təhsil cameəsini təmsil edən pedaqoji kadrların  “YouTube” platforması, eləcə də digər sosial şəbəkələrdəki fəaliyyətini məzmun etibarilə müsbət və mənfi kateqoriyaya bölmək mümkündür. Müsbət kateqoriyaya meyillənən müəllimlər qrupu daha çox maarifçilik məqsədilə paylaşımlar edən, öz ixtisasına aid bilgi və materialları daha geniş auditoriya üçün çatımlılığına can atan, həmçinin, milli-mənəvi dəyərləri, intellektual keyfiyyəti qorumağa çalışan kəsimdir. 

Mənfi kateqoriyaya  aid göstəricilərlə sosial şəbəkə fəaliyyətini formalaşdıran müəllimlərin sayı isə təəssüf ki, birinciləri xeyli üstələyir. Bu tip müəllimlərin sosial şəbəkə fəaliyyətlərini məqsədyönümlülük prinsiplərinə əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1.Şouya meyillilik, aşırı tanınmaq;

2.Daxili auditoriyanı genişləndirmək;

3.Kommersiya xarakterli təhsil xidməti (repetitorluq, təlimçilik)

4.Neqativ enerjinin təlqini;

Müəllimlərin sosial şəbəkə üzərindən mənfi məzmunlu fəaliyyətləri arasında ən çox rast gəlinəni isə təbii ki, şouya meyillənmə, təhsil faktorunu şou hadisəsinə çevirməklə auditoriyanın diqqətini çəkmək istəyidir.

Bu kimi hallar “Təhsilverənlərin etik davranış Qaydaları” ilə yanaşı, təhsillə bağlı əsas qanunverici mənbə hesab edilən "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin (həmin maddədə müəllimlərin davranışlarında məsuliyyətli və etik olmaq  vurğulanır) pozulmasının təsdiqidir. Bu qaydaların pozulması müəllimin fəaliyyətinə son qoyulmasına tam əsas verir.

Sosial şəbəkə platformalarında (əsasən də “YouTube”, “TikTok” və “İnstagram”) müəllimlərin aludəçilik səbəblərindən biri də daxili auditoriyasının genişləndirilməsi və sonradan bu auditoriya vasitəsilə “YouTube”-nin kommersiya üstünlüklərindən yararlanmaqdır. Bildiyimiz kimi, “YouTube” platforması bütün dünyada aktiv və  böyük izləyici ordusu olan xüsusi istifadəçilərə kəmiyyət göstəricilərinə əsasən (izləyici sayı, baxış sayı, izləyicilər tərəfindən paylaşılan video materialın seyretmə müddəti və s.) ayrıca ödənişlər təqdim edir. İlk baxışda, modern dünyanın İT üstünlüklərindən yararlanmaqla maddi divident əldə edilməsi pis hadisə sayılmamalıdır və dünyada hazırda milyonlarla insan bu işlə məşğuldur. Lakin burada məsələnin həssas tərəfi var: həm qanunverici aktlara, həm də cəmiyyətdəki mövqeyinə, üstəlik, təhsilalanlara və onların valideynlərinə edə biləcəyi təsir baxımından müəllim kəsimi bu məsələdə xüsusi ehtiyatlı davranmalıdır. Çünki onların həm pedaqoq olaraq maarifçi-mənəvi öhdəlikləri, həm də daha asanlıqla təsiretmə üstünlükləri onda bəzi məsələlərə həssas yanaşmanı tələb edir. Təəssüf ki, bir çox hallarda bunun tam əksini görür, müəllimlərin “YouTube”də daha çox izləyici qazanmaqdan ötrü xüsusən də təhsillə bağlı yanlış informasiyalar, neqativ meyillər (əsassız şikayət xarakterli)  yayan materiallar, həmçinin, dərsdənkənar qeyri-vacib videolar paylaşdığının şahidi oluruq.

Müəllimlərin “YouTube” və “Tik-tok”  platformaları başda olmaqla demək olar ki, bütün sosial şəbəkələrdəki neqativ məzmunlu fəaliyyətlərinin bir tərəfi də kommersiya xarakterli təhsil xidmətlərinin təbliği və insanların buna təşviq edilməsidir. Son illərdə xüsusən də Müəllimlərin İşəqəbulu Müsabiqəsinin və Müəllimlərin Sertifikatlaşdırılması Prosesinin test imtahanı mərhələsinə hazırlıq məqsədilə yüzlərlə müəllim tərəfindən təbliğat xarakterli kanallar və səhifələr yaradılıb. Onlar burada özlərinin müsxtəlif istiqamətlərlə bağlı xidmətlərini önə çəkərən, MİQ və Sertifikatlaşdırma müsabiqələrində uğur qazanmanın az qala yeganə vasitəsi kimi təqdim edir və on minlərlə müəllim (namizəd müəllim) arasında müəyyən təşviş yaratmaqla neyromarketinq mexanizmindən istifadə edirlər. Nümunə üçün deyə bilərik ki, son 10 ildə təkcə kurikulum hazırlığı üzrə yüzlərlə belə “YouTube” (həmçinin, TikTok və instagram) kanalları yaradılmış və birbaşa həmin müəllimlərin maddi maraqlarına xidmət göstərmişdir.

Bu, mexanizm yüksək sürətlə çoxşaxəli şəkildə inkişaf etdiyindən Müəllimlərin İşəqəbulu Müsabiqəsi, eləcə də Müəllimlərin Sertifikatlaşdırılması Prosesinə münasibət və baxışa mənfi yöndən təsirini göstərmiş, onların mahiyyət və funksiyasının birbaşa kommersiya maraqları üzərində qurulması mesajını cəmiyyətə ötürmüşdür.

Göründüyü kimi, məsələ bir yox, bir neçə istiqamətdə mənfi tendensiyalar yaratmış  və Azərbaycanda istifadəçi sayı durmadan artan sosial şəbəkələrin mənfi təsirini daha da dərinləşdirən meyara çevrilmişdir.

“Fenomen” müəllimlər – Onlar necə olmalıdırlar?

Daxili auditoriyasının böyüklüyü və paylaşımlarına verilən reaksiyalar baxımından həmkarlarından fərqlənən bir qrup sosial şəbəkə fenomeninə çevrilməkdə olan müəllimlərimiz də az deyil. Dünyanın bir çox ölkələrində xüsusən YouTube platforması üzərindən məşhurluq qazanan və neçə milyonluq auditoriyaya sahib fenomen müəllimlər var ki, onların fəaliyyəti təhsil, onun təbliği və maraqlı təhsil bilgilərinin çatdırılması isrtiqamətindədir. Qardaş Türkiyədə bir xanım müəllim-Nurten Akkuş nümunəsində bunu görə bilərik. Tanınmış yutuber müəllimlər təhsilin inkişafı, təbliği üçün əllərindən gələni edir, ən ucqar ərazilərə, uzaq kəndlərə məktəbləri, dərs prosesini izləmək üçün yollanır, təhsilin fədakarlıq tərəfini, maarifçi yönünü insanlara təqdim edirlər. Azərbaycan virtual məkanında da, xüsusən “YouTube” platformasında bu cür müəllimlər olsa da, onların izləyici sayı təəssüf ki, təhsildənkənar, yalnız maraq və əyləncə dünyasına hesablanmış digər yutuberlərdən geri qalmaqdadır. Sosial şəbəkələr üzərindən böyük maraq qazanan yutuber müəllimlər daha çox xarici həmkarlarını imitasiya edir və bu lazımsız imitiasiyaları məktəb mühitinə, sinif otağına qədər gətirib çıxarmaqdan çəkinmirlər. Təəssüf ki, onların formalaşdırdığı bəzi “dəyərlər” az qala ümumən təhsil cameəmiz üçün meyar kimi qəbul olunur. Bu isə öz növbəsində təhsil və onun təbliği rolunda əlindən gələni edən, lakin reklam və tanıtım baxımından yutuberlərdən geri qalan bir çox fədakar müəllimlər üçün demotivasiyaya çevrilmiş olur.

Dünya ölkələrində tətbiq olunan qadağalar

Müəllimlərin sosial şəbəkələrdən mənfi məzmunlu istifadəsi ilə bağlı problemlər bir çox ölkələrdə yaşanmışdır. Müəllimlərin şagirdləri ilə yanaşı, onların həmyaşıdları, eləcə də yaxın çevrələrinə təsiretmə üstünlükləri müəllimlərin daha məsuliyyətli və diqqətli istifadəçi olmasına zəmin yaratsa da, bəzən bu kimi amillərə diqqət edilməməsi cəmiyyət daxilində ciddi problemlərə gətirib çıxarmışdır.

Bu səbəbdən də bir çox ölkələr məlum problemlərlə mübarizə məqsədilə müəyyən addımlar atmalı olmuşlar. Məsələn, ABŞ-nin bir çox ştatlarında şagirdlərlə yanaşı, müəllimlərə də sosial şəbəkələrlə ünsiyyət qadağan edilmişdir.

Avstraliyada müəllim və şagirdlər üçün sosial şəbəkələrdən istifadə etmək qaydaları tətbiq edilib. Həmin qaydalar xüsusən müəllimlər üçün bir çox qadağaların tətbiqini qanuniləşdirir.

İrlandiya bu istiqamətdə daha fərqli addım atıb. İrlandiyada Pedaqoji Şura müəllimlərə onların ciddi ictimai nəzarətə məruz qaldıqlarını xatırladaraq, internetdə şagirdləri, valideynləri və həmkarlarını müzakirə etməyi qadağan edib.

Qonşu ölkələrdən isə Rusiyada bu istiqamətdə son illərdə ciddi addımların atılmasına başlanılıb. Verilən qərarların məcburi surətdə, ciddi kütləvi etirazların nəticəsi olaraq atılması faktı mütləq nəzərə çatdırılmalıdır. Belə ki, Rusiyada xüsusən də xanım müəllimlərin özlərinə məxsus sosial şəbəbə hesablarında pedaqoq kimlikləriə yaraşmayan açıq-saçıq paylaşımları valideynlərdə xüsusi narazılıq yaratmış və məsələ ölkənin ali təhsil qurumu səviyyəsinə qədər gedib çıxmışdır. Belə ki, Rusiyanın Elm və Təhsil Nazirliyi müəllimlərin internetdə korporativ davranışlarına dair qaydaların hazırlanmasına qərar vermişdir.

Bu qərarlar içərisində diqqətçəkən məqamlardan biri də artıq bu ildən etibarən məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsidir. Doğrudur, bu qadağa əsasən şagirdlər üçün nəzərdə tutulsa da, telefonun istifadə edilmədiyi bir məkan daxilində müəllimlərin də onunla müdaxiləsinə   ciddi təsir göstərəcəkdir.

Qardaş Türkiyədə isə müəllimlərə tətbiq edilən sosial media qadağası əsasən təhsil və onun məxfiliyi istiqamətindədir. Belə ki, müəllimlər məktəblərdəki imtahan prosesi və suallarla bağlı hər hansı qeydləri sosial media hesablarında hallandıra bilməzlər.

Həmçinin, Türkiyə Böyük Millət Məclisinin 2024-cü ilin mayında müəllimlərin etik davranış qaydaları ilə bağlı qəbul etdiyi sənəddə bir çox vacib və həssas məqamlar öz əksini tapmışdır. Məsələn, onlardan biri də valideynin icazəsi olmadan müəllimin şagirdlərin foto və videosunu, həmçinin, onunla bağlı bir başqa bilgiləri sosial şəbəkə hesabına paylaşmasıdır. Əks halda həmin müəllimə cəaz olaraq töhmət veriləcək ki, həmin töhmətin də qüvvədə qalma müddəti 5 ilə bərabər olacaqdır. Başda bir maddəyə əsasən, şagirdin yanında, məktəb mühitində etik çərçivələrdən kənar danışan, xüsusi jarqonlardan istifadə edilən müəllimlərin aylıq əmək haqqısından tutulmalar tətbiq edilməcəkdir.

Qonşu Gürcüstanda 2024-cü il 1 iyul tarixində qəbul edilən qərara əsasən məktəblərdə şagirdlərin sosial şəbəkələrdən müdafiəsi və düzgün istifadəsi ilə bağlı çox sərt qaydalar tətbiq edilmişdir ki, burada əsas məsuliyyət yenə də müəllimlərin üzərinə düşməkdədir.

NƏTİCƏ

Dünya təcrübəsindən, müxtəlif ölkələrdə tətbiq olunan qaydalardan təqdim etdiyimiz nümunələrdən də göründüyü kimi müəllimlərin sosial şəbəkələrdən istifadəsi ciddi nəzarətdə saxlanılan və xüsusi diqqət yetirilən məsələlərdəndir. Bunu qətiyyən müəllimə, təhsil işçisinə qarşı bullinq kimi qəbul etmək olmaz. Əksinə,  bu qaydalar müəllim nüfuzunun daha da qorunması uğrunda edilən cəhdlər kimi də dəyərləndirmək lazımdır. Hətta bəzi ölkələr müəyyən qadağaların tətbiqindən də çəkinmir. Bizdə isə sırf bu məsələdə qadağaların sərtliyi haqqında nəsə demək mümkün deyil. Etiraf etməliyik, bu istiqamətdə nə qadağa, nə də sərt qınaq var. Bunu həm dövlət, həm də cəmiyyətin tolerant yanaşması kimi də qəbul etmək lazımdır. Bugün təbii ki, hər hansı müəllimin “YouTube”, “TikTok” eləcə də digər sosial şəbəkələrdən özünüreklam, şouya xidmət yox, sırf təhsilin piarı istiqamətində fəaliyyətinə hər birimizin ehtiyacı var. Müəllim bu platformalar vasitəsilə öz “sinif otağı”nı daha da genişləndirə,ölkə əhəmiyyətli işlər görə bilər. Odur ki, müəllimlərin sosial şəbəkə fəaliyyətini məhdudlaşdırmaq yox, onlara daha dolğun istiqaməti – şou yox, təhsil görünən tərəfi daha çox göstərmək lazımdır.

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri