Icma.az
close
up
RU
Müəmmalı oyuna start verildi: böyük dövlətlər arasında bölgü başlayır

Müəmmalı oyuna start verildi: böyük dövlətlər arasında bölgü başlayır

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna münaqişəsi ilə bağlı son açıqlaması dünya mediasında diqqət çəkib. Belə ki, o, problemin altı ay ərzində həll olunacağına ümid etdiyini bildirib.

Sitat: “Qan tökülməsinin qarşısını almaq üçün fəal şəkildə diplomatiya aparan prezidentimiz var. Bu, belə olmalıdır. Düşünürəm ki, amerikalılar bununla fəxr etməlidirlər. Nəticə nə olursa olsun, müharibə üç aya, ya da altı aya bitəcək, ümid edirik ki, daha çox olmayacaq”.

Mövcud siyasi vəziyyətdə müharibənin qeyd olunan müddətdə başa çatması nə dəcərəcə mümkün görünür? Vaşinqton bunun üçün hansı yollara əl atacaq?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ukrayna və Rusiyanın sülh sazişi imzalaması hələ real görünmür:

“ABŞ-ın mövqeyi daha çox Rusiya ilə münasibətlərin normallaşdırılmasına yönəlir. Hazırda Vaşinqtonun açıqlamaları göstərir ki, onlar sanksiyaların sərtləşdirilməsində maraqlı deyillər. Moskva Kiyevə ağır şərtlər irəli sürür, o cümlədən NATO-ya üzvlük imkanını qəti şəkildə istisna edir. Digər tərəfdən, Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmış “Ukraynaya Könüllü Yardım İttifaqı”na artıq 30-a yaxın ölkə qoşulub. Onlardan təxminən 10-u müharibədə müəyyən irəliləyiş əldə olunacağı halda, Kiyevin təhlükəsizliyinə təminat verməyə hazır olduqlarını bildiriblər”.

Həmçinin oxuyun:

Rusiyanı qorxuya salan tarix: Üç istiqamətdə hücum başladı – “Məcbur olacaq”

Yusif Bağırzadə

Politoloq qeyd edib ki, böyük dövlətlər arasında öhdəliklərin bölgüsü məsələsi də müzakirə olunur:

“Türkiyə Qara dəniz bölgəsinin, Böyük Britaniya Ukraynanın qərb hissəsinin, Fransa və Almaniya isə Belarusla sərhəd zolağının təhlükəsizliyini təmin etməyə maraq göstərir. Eyni zamanda, NATO-ya qəbul olunmasa belə, Ukraynaya “beşinci maddə”yə bənzər təhlükəsizlik təminatının verilməsi variantı nəzərdən keçirilir. Kreml sülh sazişi imzalandıqdan sonra atəşkəsin elan olunmasını təklif edir. Kiyev isə əksinə, əvvəlcə 30-60 günlük atəşkəsin elan edilməsi, daha sonra danışıqların davam etdirilməsini istəyir. Yaxın bir-iki həftə ərzində Ukrayna və Rusiya liderlərinin Türkiyədə görüş ehtimalı var. Bununla yanaşı, ABŞ artıq Ukraynaya silah tədarükünü davam etdirir. İki müqavilə çərçivəsində 150 milyard dollarlıq hərbi yardım planlaşdırılır. Bunlara “Patriot” sistemləri və birgə dron istehsalı müəssisəsinin yaradılması daxildir. Faktiki olaraq, ABŞ müharibəni əsasən silah satışları üzərindən idarə edir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri