Müəssisə rəisi nazirə yazılan ərizəni cıraraq yerə atıb
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev Ədliyyə naziri Fərid Əhmədova və Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidova müraciət edib.
Bu barədə Gununsesi.info-ya danışan Vüqar Hacıyev müraciətinə səbəb kimi qardaşı Bəxtiyar Hacıyevin cəza çəkdiyi 6 Saylı müəssisədə təzyiqlərə məruz qalmasını göstərib.
“Mən hər iki şəxsdən xahiş edirəm ki, 6 Saylı cəzaçəkmə müəsisəsinin rəisi Fariz Əliyevin özbaşınalıqlarına son qoyulsun. Qardaşım Bəxtiyar Hacıyev 6 – 7 aydır orada normal bir yerlə təmin olunmur, bütün hüquqları pozulur, hətta yerdəyişmə ilə bağlı Fərid Əhmədova yazdığı ərizəni dünən rəis müavini Gündüz adlı zabit çırıb yerə atıb. Qatı cinayətkarların – oğruların, narkotik satanların yaxınlarından pul alıb normal yerlə təmin edən Fariz Əliyev Bəxtiyarı incitməkdən zövq alır”.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq cəhdlərimiz baş tutmasa da qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Günay Mahirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Noyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















