Icma.az
close
up
RU
Müəyyən məsələlərlə əlaqədar ora getməyi məsləhət bilmədim MÜSAHİBƏ

Müəyyən məsələlərlə əlaqədar ora getməyi məsləhət bilmədim MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin veteran qapıçısı Nadir Şükürov Sportal.az saytına müsahibə verib. Karyerası ərzində “Kəpəz”, “Ərzurumspor”, “Qarabağ”, MKT-Araz, “Qəbələ” və “Karvan” kimi klubların qapısını qorumuş və hazırda qapıçılar üzrə məşqçi kimi çalışan Şükürov millimizin hazırkı qolkiperləri barədə də danışıb.

- Çoxdandır ki, işsizsiz. Hazırda işsiz qalmağınızı nə ilə əlaqələndirirsiz?

- Bəli, 1,6 ildir ki, işsizəm. Düzü, təklifim var idi. Əsgər Abdullayev "İmişli"yə baş məşqçi təyin olunanda, təklif göndərmişdi. Ona da təşəkkür edirəm. Müəyyən məsələlərlə əlaqədar ora getməyimi məsləhət bilmədim. Amma indi heç bir təklifim yoxdur. Görək də, necə olacaq. Yəqin ki, təklif göndərən komanda olar. Gözləyirəm.

- “Kəpəz” sizin üçün doğma komandadır. Onların bu mövsümkü durumunu necə dəyərləndirirsiz? Sizcə, Premyer Liqada qala biləcəklər?

- Bəli, uzun müddət "Kəpəz"də oynamışam. Özü də Azərbaycan çempionatında nailiyyətlər də qazanmışam, uğurlarımız olub. "Kəpəz" Azərbaycanda adlı-sanlı, köklü komandadır. "Kəpəz"in son pillələrdə getməsi nəinki gəncəli azarkeşlərə, Azərbaycanın digər bölgələrindəki azarkeşlərə də xoş deyil. "Kəpəz" Azərbaycan futbolunun qapısıdır, “Neftçi” ilə yanaşı ilk fundamentlərindəndir. "Kəpəz"in bugünkü durumu Azərbaycanda heç bir futbol mütəxəssislərini qane etmir. Premyer Liqada qalmaq məsələsinə gəldikdə, bunu demək bir az çətindir. Çalışmalıdılar ki, komandanı transferlərlə, şəraitlə yaxşılaşdırıb, liqada saxlasınlar. Biz orada Tərlan Əhmədovla çalışmışıq. Oradan ayrıldığıma görə demirəm..İlqar Nadirinin üstünə də getmirəm. O, özü-özünü sübut edib ki, necə rəhbərdir, necə futbol adamıdır. Bunu deməyə də ehtiyac yoxdur. “Kəpəz”in tez-tez baş məşqçini yox, klubun rəhbərini dəyişmək lazımdır.

- Ümumiyyətlə, “Kəpəz”in oyunlarını Tovuzda keçirməsini nəticələrinə təsir etdiyini düşünürsən?

- Meydança yox, bir şey yox, belə olması da labüddür. Azərbaycan dövləti tərəfindən Gəncədə yaxşı stadion inşa edilir. Deyilənə görə, maya qədər hazır olacaq. Allah qoysa, "Kəpəz" Premyer Liqada yerini qoruyub-saxlayar. Yeni mövsümdən yeni stadionda yaxşı komanda yox, klub formalaşdırarlar. "Kəpəz" hazırda nəinki klub, heç komanda kimi də deyil. İnanıram ki, yeni mövsümdən "Kəpəz" Premyer Liqada qalsa, yaxşı klub formalaşdıracaqlar. Ev oyunlarını Gəncədən kənarda oynaması isə problem deyil. Biz də Tərlan Əhmədovun vaxtında bir neçə oyunu Qəbələdə keçirdik, uğurlarımız da oldu, uğursuzluqlarımız da. Futbolçu bütün bunların hamısına hazır olmalıdır. 

- Bəs, azərbaycanlı qolkiperlərin durumunu necə dəyərləndirirsiz? Diqqətinizi çəkən hansı qapıçı var Premyer Liqada?

- Azərbaycan klublarında yaxşı, istedadlı qapıçılar var. Bu gün bizdə Premyer Liqada 10 komanda oynayır, baxaq görək onların neçəsi legionerdir? Hətta bəzi klublar var ki, iki qapıçısı legionerdir. Bunları nəzərə alsaq, yerli qapıçıların oyun şansının verilməsinə təsir edir. Yetərincə savadlı, yaxşı qapıçı məşqçilərimiz var. AFFA-da da qapıçılar üzrə instruktorlar Üzeyir İbrahimli, Faiq Əzizli kimi savadlı insanlarımız var. Həqiqətən savadlıdırlar, kurslarda çox yaxşı dərslər keçirlər. Yerli qapıçılara da inanmaq lazımdır. 

- Millimizin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev idi. Ancaq zədələndi və daha sonra Mehdi Cənnətov əsas qolkiperə çevrildi. Lakin son oyunlarda millimizin qapısı Rza Cəfərova tapşırılmışdı. Sizcə, Cəfərov bir nömrə olacaq millidə?

- Rza Cəfərov İsveçə qarşı dayandı. Pis də dayanmadı. Düzdür, qollar buraxdı. Amma komandamızın uduzmasında Rzanın elə də günahı yox idi. Rzaya da gələcək işlərində uğurlar arzulayıram. Amma ümumi götürəndə, Kamran Ağayevdən sonra millidə Şahruddin Məhəmmədəliyev qapıda yaxşı dayanıb. Arzu edirəm ki, tezliklə formasını bərpa etsin və milliyə kömək etsin. Yusif İmanov da yaxşı, perspektivli qapıçıdır. Öz üzərində işləsə, çalışsa, milli üçün "bir nömrə"yə çevrilə bilər. Aydın Bayramovu da qeyd edərdim. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ona şans verir. Mən də, onun performansını yaxşı dəyərləndirirəm. Bayramov da millinin əsas qapıçısı ola bilər. Çox diqqətli və sakit tərzdə oyunlar keçirir, "Zirə"nin uğur qazanmasında payı var. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri