Müəyyən olunmuş temperaturda iş dayandırılmalıdır Qanun nə deyir? VİDEO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yay fəslinin əsas xüsusiyyətlərindən biri havanın isti keçməsidir.
Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu isti havalarda işin dayandırılması ilə bağlıdır.
Hansı havalarda iş dayandırılmalıdır?
Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.
Eyni qayda isti havalar üçün də keçərlidir. Havanın temperaturu 41°C-dən yüksək olduqda, açıq havada və ya qapalı, lakin isidilməyən (və ya sərinlədilməyən) yerlərdə işləyən işçilərə qanunla müəyyən edilmiş qaydada fasilələr verilir və ya iş dayandırılır.
Qeyd olunmalıdır ki, fasilələr iş vaxtına daxil edilir və həmin müddət üçün əməkhaqqı işçilərin tarif maaşına uyğun olaraq ödənilir.
Əgər temperatur norması səbəbindən iş tamamilə dayandırılarsa, bu, işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi qiymətləndirilir. Belə hallarda boşdayanma vaxtının haqqı işçinin tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 İyul 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















