Icma.az
close
up
RU
Müflis olan şirkətlərdən qalmaqallı addım: İşçilərin mesajları satışa çıxarıldı

Müflis olan şirkətlərdən qalmaqallı addım: İşçilərin mesajları satışa çıxarıldı

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müflis olan bəzi startapların təsisçiləri keçmiş əməkdaşlarının iş yazışmalarını süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan şirkətlərə satmağa başlayıblar. Korporativ elektron məktublar, “Slack” mesajları və digər rəqəmsal arxivlər süni intellekt modellərinin öyrədilməsi üçün qiymətli məlumat mənbəyinə çevrilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bağlanmış şirkətlərə əməkdaşlarının korporativ məlumatlarını gəlir mənbəyinə çevirməyə kömək edən xüsusi vasitəçi platformalar formalaşıb.

Süni intellekt sənayesi sürətlə böyüdükcə modellərin təlimi üçün keyfiyyətli və real məlumat bazalarının tapılması çətinləşir. Buna görə də şirkətlərin daxili rəqəmsal iş mühitləri proqramçılar üçün maraqlı mənbəyə çevrilib.

Korporativ yazışmalar əsasında süni intellekt üçün virtual iş mühitləri yaradılır. Belə sistemlərdə süni intellekt ofis tapşırıqlarını yerinə yetirməyi, əməkdaşlarla ünsiyyət qurmağı və müxtəlif iş vəziyyətlərində qərar verməyi öyrənir.

Bu cür məlumatlara marağın çox yüksək olduğu bildirilir. Məlumata görə, “Anthropic” kimi iri süni intellekt şirkətləri belə təlim platformalarının inkişafına böyük məbləğdə vəsait ayırmağa hazırlaşırlar.

Müflislik yeni gəlir mənbəyinə çevrilib

Şirkət fəaliyyətini dayandırdıqdan sonra bəzi sahibkarlar korporativ arxivləri silmək əvəzinə onları xüsusi platformalar vasitəsilə süni intellekt şirkətlərinə satırlar.

Belə platformalardan biri “Slack” yazışmalarını, elektron məktubları və proqram kodlarını satışdan əvvəl şəxsiyyəti müəyyənləşdirən məlumatlardan təmizlədiyini bildirir.

Məlumata görə, xidmət son bir il ərzində yüzə yaxın belə sövdələşmənin həyata keçirilməsinə kömək edib. Nəticədə fəaliyyətini dayandırmış startapların sahibləri ümumilikdə bir milyon dollardan çox gəlir əldə ediblər.

Ekspertlər şəxsi məlumatlarla bağlı xəbərdarlıq edir

Bu praktika məxfilik və şəxsi məlumatların qorunması üzrə mütəxəssislərdə ciddi narahatlıq yaradıb.

Ekspertlərin fikrincə, əgər adi ofisdə əməkdaşların söhbətləri gizli şəkildə yazılaraq sonradan üçüncü tərəflərə satılsaydı, bu, böyük ictimai rezonansa səbəb olardı. Lakin rəqəmsal yazışmalarla bağlı oxşar təcrübə getdikcə daha geniş yayılır.

Korporativ mesajlaşma platformalarında təkcə iş məsələləri deyil, əməkdaşların şəxsi məlumatları və özəl söhbətləri də yer ala bilər. Şirkətin rəqəmsal arxivləri satıldıqda həmin məlumatların üçüncü tərəflərin əlinə keçməsi riski yaranır.

Süni İntellekt və Rəqəmsal Siyasət Mərkəzinin təsisçisi Mark Rotenberq bildirib ki, belə məlumatların satılması məxfiliyin qorunması baxımından ciddi problemlər yaradır.

Anonimləşdirmə də tam təhlükəsiz olmaya bilər

Mütəxəssislərin narahat olduğu digər məsələ məlumatların nə dərəcədə effektiv anonimləşdirilməsidir.

İnformasiya təhlükəsizliyi üzrə ekspertlər hesab edirlər ki, şəxsi məlumatlar kifayət qədər dəqiq gizlədilməzsə, sonradan müəyyən əməkdaşların kimliyini müəyyənləşdirmək mümkün ola bilər.

Bu isə gələcəkdə süni intellekt sistemlərinin cavablarında məxfi məlumatların üzə çıxması və yeni şəxsi məlumat sızmalarının baş verməsi riskini artıra bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri