Muğanlı İsmayıllı yolunda daha bir sürüşmə… Foto KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağsuda torpaq sürüşməsi qeydə alınıb. Hadisə 4 hərəkət zolaqğı olan Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Quzey kəndi ərazisindən keçən hissəsində baş verib.
KONKRET.az azərtac-a istinadla xəbər verir ki, torpaq sürüşməsi zamanı uzunluğu təxminən 30, eni 20, dərinliyi isə 4 metr olan yarğan əmələ gəlib. Sürüşmə zamanı ərazidəki meşə ağacları torpaq altında qalıb, yolun mühafizə zolağı isə tamamilə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, bayram tətili günləri ilə əlaqədar sözügedən yolda paytaxtdan şimal-qərb rayonlarına və əks istiqamətdə avtomobillərin intensiv hərəkəti müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Mart 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















