Müğənni Bonni Tayler vəfat edib
Icma.az bildirir, Sia Az portalına istinadən.
Uelsli məşhur müğənni Bonni Tayler 75 yaşında Portuqaliyada yerləşən xəstəxanada vəfat edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sənətçi son aylarda səhhətində yaranmış ciddi problemlərlə mübarizə aparırdı. O, may ayında təcili bağırsaq əməliyyatı keçirib, daha sonra süni komaya salınıb. O, iyun ayında komadan ayılsa da, vəziyyəti ağır olaraq qalırdı.
Əsl adı Qeynor Hopkins olan Bonni Tayler 1970-ci illərin sonu və 1980-ci illərdə “Total Eclipse of the Heart”, “Holding Out for a Hero” və “It’s a Heartache” kimi hitləri ilə dünya şöhrəti qazanıb. Onun xarakterik xırıltılı səsi musiqi aləmində fərqləndirici xüsusiyyətlərindən biri hesab olunurdu. Sənətçi uzun illər ərzində milyonlarla albom satıb, bir neçə “Qremmi” mükafatına namizəd göstərilib və 2022-ci ildə musiqiyə xidmətlərinə görə Britaniya İmperiyası ordeni ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 09 İyul 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















