Icma.az
close
up
RU
Müğənni boşanma cəriməsi təklif etdi, hüquqşünas cavab verdi

Müğənni boşanma cəriməsi təklif etdi, hüquqşünas cavab verdi

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanda boşanmalarla bağlı cəza tətbiq olunmalıdır". Bu təkliflə müğənni Eldəniz Məmmədov çıxış edib.

O bildirib ki, Türkiyədəki boşanma ilə bağlı cəza tədbirləri Azərbaycanda da tətbiq edilməlidir: "Türkiyədə qanun var ki, ayrılanlar 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir".

Modern.az xəbər verir ki, vəkil Əkrəm Həsənov Türkiyədə belə bir cərimənin olmasından məlumatsız olduğunu bildirib:

"Belə bir cərimənin olması da qanunsuz olar. Türkiyə hüquqi dövlətdir və orada belə bir şey ola bilməz. İkinci bir tərəfdən, cərimənin bu qədər olması boşanmaların sayını deyil, nikahların bağlanmasının sayını azaldacaq. Onsuz da nikahların sayı azalır, insanlar rəsmi nikaha daxil olmaqdan çəkinir. İnsanlar qeyri-rəsmi münasibətlərə, qeyri-rəsmi nikaha üstünlük verir".

Vəkil bu tendensiyanın iki hissəyə bölündüyünü xatırladıb:

"Dindar insanlar hesab edir ki, aralarında kəbin varsa, dövlətin nikahı lazım deyil. Möhür guya nəyisə dəyişəcək. Qeyri-dindarlar isə hansısa bir məişət problemlərindən yayınmaq istəyirlər. Əmlak, məsuliyyət və s. İndi də dəb düşüb ki, "hələ biz bir-birimizi yaxşı tanımalıyıq, bunun üçün birgə yaşamalıyıq" deyirlər. Ümumiyyətlə, nikah institutu hazırda əksər ölkələrdə çox ciddi tənəzzülə məruz qalıb. Bunun qarşısını belə cərimələrlə almaq olmayacaq. Rəsmi nikah nə verir insanlara? Əmlakları birgə sayılır. Onu da istisna edib öz aralarında müqavilə bağlaya bilərlər. Rəsmi nikah əvvəl vacib idi. Çünki daha çox qadını, qızı qorumaq lazım idi. Harasa gedəndə deməsinlər ki, filankəsin qızı oğlanla gedir. Toy hardan çıxıb? Toy edirlər ki, hamı gəlsin, sabah filankəsin qızını filan oğlanla küçədə görəndə hamı desin ki, biz onların toyunda olmuşuq. Belə şeylər olmadığından insanları zorla bir yerdə saxlamaq mümkün deyil".

Əkrəm Həsənovun fikirincə, ailələrin tez dağılması dövlətin daha çox qadınları müdafiə etməsi ilə bağlıdır:

"Yəni, boşanma olanda uşaqlar anada qalır. Qadın istəyəndə atanı uşaqları ilə görüşməyə də qoymur. Problemlər çoxdur. Əvvəllər qadınlar niyə ərə gedirdi? Ər arxadır, məni qoruyacaq, uşaqları böyüdəcək və s. İndi qadın deyir ki, arxamda dövlət var. Dövlət əri məcbur edəcək və yaxud da qadın özü də işləyib ailəsini saxlayacaq. Kişi evlənirdi ki, ehtiyaclarını ödəsin. Evdə onun qulluğunda kimsə dursun və s". (Qaynarinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri