Icma.az
close
up
RU
Müğənni Kərimin qaldırdığı məsələ haqda cinayət işi açıldı RƏSMİ KONKRET

Müğənni Kərimin qaldırdığı məsələ haqda cinayət işi açıldı RƏSMİ KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Müğənni Kərim Abbasov dələduzluğa məruz qalması ilə bağlı cinayət işi açılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Xəbərdə bildirilir ki, müğənninin qeyd etdiyi məsələ ilə bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanıb, arasdırmalar aparılır.

Xatırladaq ki, K. Abbasov dələduzluğa məruz qaldığını bildirib. Onun sözlərinə görə Murad adlı Nefçala rayonu Qaraqaşlı kənd sakini onun 22 min manat pulunu mənimsəyib.

“İlin altı ayını işləyirik, altı ayını evdə otururuq. Dedim ki, mən də əlavə bir iş görüm, pul qazanım. Qardaş, düşdüm bir dələduzun əlinə.

Murad adlı şəxs mənimlə işləmək istədiyini bildirdi. Dedim ki, ehtiyac yoxdur, sən nə iş bacarırsan?  O da dedi ki, heyvandarlığı bacarıram. Heyvanları cox sevirəm, onlara məhəbbətim var.  Getdim yaşadıqları Nefçala rayonu Qaraqaşlı kəndinə anasi ilə danışdım. Siz fikirləşin ki, tanımadığım adamla iş qurdum. Dörd ay ərzində hər şey əla idi. Sonra bu adamı tanıyanlar mənə yazırdılar ki, Kərim bəy siz kiminlə iş görürsünüz, bir dayanın, gözləyin bu qədər pul tökməyin. Siz bilmirsiniz bu adam kimdi? Dörd ayın tamamında  mən “stop” verdim. Bundan sonra bunun sifəti çöndü. Mənim aldığım heyvanı satdı. Aldığım maşını özəlləşdirib satdı.  22 min manat mənə ziyan vurub. Kiməsə bu pul az görünə bilər, amma mən bu pulu alın təri ilə qazanmışam.

Heyvan oğurlanan gün gecə saat 1-də Nefçala rayon polis idarəsinə gedib ərizə yazmışam. İki aydır heyvan tapılmır, iki aydır maşın yoxa çıxıb və adam məni silahla təhdid edir. Haqlı olaraq haqsız duruma düşmüşəm. Görəsən, mən bu qədər oğurluq etsəydim, rahat gəzə bilərdim? Mənə zəng edib deyir ki, görürsən mənə heç nə etmədilər. Bax bu məni yandırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri