Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu Video
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Müğənni Aysun İsmayılova Rəqsanə İsmayılovanın həbsi barədə yeni faktlar açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ifaçı həbsin polis rəisi ilə mübahisəyə heç bir aidiyyatı olmadığını bildirib.
O qeyd edib ki, aralarında bəzi şəxsi anlaşılmazlıqlar olsa da, məsələ öz həllini tapmışdı: Sezar pizza
"Son günlər bəzi xəbər portallarında anam Rəqsanə İsmayılovanın guya Xəzər Rayon Polis İdarəsinin rəisi haqqında paylaşdığı videolara görə həbs edildiyi yazılır. Mən bir övlad olaraq bildirirəm ki, bu xəbərlər həqiqəti əks etdirmir və əssasızdır. Doğrudur, aralarında bəzi şəxsi anlaşılmazlıqlar var idi, amma məsələ öz həllini tapmışdı. Bu anamın polis orqanları ilə problem yaşadığı demək deyil".
Aysun İsmayılovanın sözlərinə görə, Rəqsanə İsmayılova onkoloji xəstəlikdən əziyyət çəkir:
"Anamın vəziyyəti məni narahat edir. Mən bir övlad olaraq onu itirmək qorxusu ilə yaşayıram. Çünki anam onkoloji xəstəlikdən əziyyət çəkir. Mənim 4 yaşında qardaşım və 5 yaşında bacım özbaşına qalıblar. Biz hər zaman hüquq mühafizə orqanlarına hörmət etmişik. Xüsusilə də Daxili İşlər Naziri Vilayət Eyvazovun uğurlu fəaliyyətinə ehtiramımız sonsuzdur".
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















