Müğənni sevgilisini döyməkdə ittiham olundu, qadınlar tərəfindən qovuldu VİDEO/FOTOLAR
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Türk aktyor Ozan Güven İstanbulun Kadıköy rayonunda getdiyi bir məkanda qadınların etirazı ilə qarşılaşıb.
Demokrat.az xəbər verir ki, keçmiş sevgilisi Deniz Bulutsuzu döyməkdə ittiham olunduğu iş üzrə məhkəmə tərəfindən həbs cəzası alan Güven “Cinayətkarlar çölə” şüarları səsləndirildikdən sonra məkandan çıxarılıb.
Məkanda olan qadınlar Ozan Güveni gördükdən sonra ona qarşı şüarlar səsləndirib. Qısa müddət ərzində vəziyyət gərginləşib və aktyor məkandan uzaqlaşıb. Hadisə anlarına dair görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Ozan Güven 2020-ci ildə keçmiş sevgilisi Deniz Bulutsuz ilə bağlı baş verən hadisə üzrə “qəsdən xəsarət yetirmə” ittihamı ilə mühakimə olunub və bu maddə üzrə həbs cəzası alıb. “Təhqir” və “şəxsi azadlıqdan məhrum etmə” ittihamlarından isə bəraət qazanıb.
İstanbul 58-ci Asliye Cinayət Məhkəməsinin qərarına əsasən, Deniz Bulutsuzun şikayəti üzrə baxılan işdə Ozan Güvenə cəza verilib, qarşı tərəf isə “yüngül xəsarət” ittihamından bəraət alıb. Daha sonra apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb və hökm qismən qüvvəyə minib. Aktyorun 45 günlük həbs cəzasının olduğu bildirilir.
Ozan Güven daha əvvəl açıqlamalarında ittihamları qəbul etmədiyini, kiməsə zərbə vurmadığını və hadisənin yanlış qiymətləndirildiyini iddia etmişdi.

KADINLAR OZAN GÜVEN'İ MEKANDAN KOVDU
— Halk TV (@halktvcomtr) May 30, 2026
Eski sevgilisi Deniz Bulutsuz'u darbettiği iddiasıyla hapis cezasına çarptırılan oyuncu Ozan Güven, Kadıköy'de gittiği bir mekandan kovuldu.
Mekanda peş peşe 'failler dışarı' sloganları atıldı.https://t.co/zlfJ0rom1n pic.twitter.com/TDBeLXEmuk
Bu mövzuda digər xəbərlər:Müğənni sevgilisi tərəfindən döyüldü VİDEO KONKRET
14 Aprel 2026 21:07
Məşhur qadın müğənni Kamil Zeynallını PAYLAŞDI FOTOLAR+VİDEO
14 Dekabr 2024 15:09
Türkiyədə azana hörmətsizlik edən müğənni səhnədən QOVULDU VİDEO
09 İyun 2026 15:28
Məşhur müğənni Yunanıstandan deport olundu VİDEO
11 Aprel 2026 10:54
Müğənni sevgilisi tərəfindən döyüldü Xəstəxanaya yerləşdirildi VİDEO
14 Aprel 2026 11:50
Baxış sayı:185
Bu xəbər 30 May 2026 13:33 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları