Icma.az
close
up
RU
Müğənni “TikTok”da toydan görüntülər paylaşdı: Ər arvadına...

Müğənni “TikTok”da toydan görüntülər paylaşdı: Ər arvadına...

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1993-cü il təvəllüdlü Əhəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elnarəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 16 iyul 2024-cü ildə Xırdalan şəhəri, Qalubiyyə küçəsində baş verib. Əhəd həmin küçədə yerləşən işıqforun yaxınlığında idarə etdiyi “VAZ 21074” markalı  avtomobilində olan arvadı Elnarə ilə aralarında ailə məişət və qısqanclıq zəminində yaranmış mübahisə zamanı onun sifətinə əli ilə qəsdən 2 dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Əhədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 16 iyul 2024-cü ildə yaşadıqları evdə olarkən qaynının toy məclisində gələn müğəninin “TikTok” sosial şəbəkəsində paylaşdığı görüntülərə görə Elnarəyə irad bildirib və həmin görüntüləri sildirməyi təklif edib: “Bundan sonra idarə etdiyim “Vaz 2107” markalı avtomobillə Elnarəni valideyininin yaşadığı Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən evə getirməyi qərarlaşdırdım. Biz yolda olan zaman həmin paylaşımla əlaqədar Elnarə ilə aramızda təkrar mübahisə yarandı. Mən sağ əlim ilə onun sifət nahiyəsinə bir dəfə yumruqla vuraraq xəsarət yetirdim. Bundan sonra onlar Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olarkən təkrar mübahisə baş verdi. Mən avtomobilin içərisində Elnarənin sifət nahiyəsinə möhkəm zərbə vurduğumdan burnundan qan gəldi. Elnarəni və uşaqları onun valideyinlərinin yaşadığı evə apardım. Sonra oranı  tərk etdim. Aramızda mübahisə baş verərkən uşaqlar avtomobildə yatmış vəziyyətdə olub və həmin vaxtı hadisənin şahidi olmayıblar”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elnarənin sözlərinə görə, onun 2016-cı ildə Əhəd ilə birgə qurduqları nikahdan 4 azyaşlı övladı var: “15 iyul 2024-cü ildə evdə olan zaman qardaşımın toy məclisindən videogörüntüləri ”TiK-ToK” sosial şəbəkəsində paylaşması səbəbindən ərim Əhədlə aramızda mübahisə baş verdi. Mən Əhədə videoları müğənninin paylaşdığını və mənim bu hadisədə heç bir günahımın olmadığını desəm də, lakin sonuncu dediklərimə əhəmiyyət verməyərək, əsasız olaraq mübahisə yaratdı”.
Zərərçəkmiş qeyd edib ki, iyulun 16-da, təxminən gecə saat 4 radələrində yuxudan durub: “Bu zaman Əhəd mənə hazırlaşmağı və kəndə gedəcəyimizi dedi. Əhəd avtomobili idarə edərkən mən arxa oturacaqda əylədim. Bizim aramızda yenidən mübahisə yarandı. Bu zaman Əhəd mənim sifət nahiyəmə əl zərbəsi ilə bir dəfə vurdu. Bundan sonra biz Xırdalan şəhərinin Qalubiyyə küçəsində işıqforda dayanan zaman sonuncu yenidən əlinin arxası ilə sifət və burun nahiyəmə möhkəm zərbə vurdu. Bu zaman mənim burnumdan qan gəldi. Əhəd mənoi o halda valideynlərimin yaşadığı ünvana gətirdi və çıxıb getdi”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əhədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri