Müğənni Zaura acıq edib EFİRDƏN GETDİ: Məni cücə mücə ilə səhv salırsınız
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Aparıcı Zaur Kamal və müğənni Əminə Şirin arasında "Həmin Zaur" verilişində gərginlik yaşanıb.
Buna səbəb isə müğənninin proqrama gecikməsi olub.
Zaur Kamal müğənniyə "Xoş gəlmisiniz, sizi başa düşürəm, xanımsınız. Bəs o birilər niyə gecikir? Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan gecikmirlər" sözlərini deyib.
Əminə Şirin isə "Orada birtəhər salamlaşdınız, burada da xoş gəldiniz deyirsiniz. Siz bizim yerimizə olsaydınız nə edərdiniz? Verilişi aparırsınız və gedirsiniz. Bizim klipimiz, efirimiz, salonumuz var. Heç kim bilərəkdən bunu etmir. Narazısınızsa, gedə bilərəm. Xanım olaraq məndən üzr gözləyirsiniz. Çox aqressivsiniz. Tamaşaçılardan üzr istəyirəm. Qonağı belə qarşılamazlar. Məni cücə-mücə ilə səhv salırsınız. Bunu "Yeni ulduz"dan dünən "çık" edənlərə tətbiq edə bilərsiniz" sözlərini deyərək efiri tərk edib. (Axşam.az)
Bizimshow.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















