Icma.az
close
up
RU
Müğənnilərə kommunal xərclərdə güzəşt ediləcək? AÇIQLAMA

Müğənnilərə kommunal xərclərdə güzəşt ediləcək? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda sənət adamlarının kommunal xərclərdən tamamilə azad olunması təklif edilib. Cəmiyyətdə isə bu məsələyə münasibət birmənalı deyil. Çünki elə sənətçilər var ki, bir toy və ya səhnə proqramından minlərlə manat gəlir əldə edir. Digər tərəfdən isə müəllimlər, həkimlər, minimum əməkhaqqı ilə çalışan insanlar aylarla, hətta illərlə işləyərək həmin məbləği qazana bilmirlər. Bu baxımdan bir çoxları düşünür ki, güzəşt ediləcəksə, ilk növbədə sosial vəziyyəti ağır olan insanlara şamil olunmalıdır.
Məsələ ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Demokrat.az-a bildirib ki, dünya təcrübəsində sənət adamlarına xüsusi imtiyazlar təqdim olunmur:
“Çünki əksər hallarda onların gəlirləri kifayət qədər olur. Belə imtiyazlar daha çox Sovet dövrünə xas yanaşma idi. Həmin dövrdə yazıçılara, şairlərə və digər sənət nümayəndələrinə müəyyən güzəştlər tətbiq edilirdi. Lakin bu, Sovet dövlətinin spesifik siyasəti idi. Müasir dövrdə isə yanaşma fərqlidir. Bir çox ölkələrdə imtiyazlar peşəyə görə deyil, insanların sosial vəziyyətinə əsasən verilir. Yəni artıq fərq qoyulmur ki, şəxs sənət adamıdır, həkimdir, yoxsa müəllimdir. Əsas meyar onun maddi vəziyyətidir. Əgər bir ailənin sosial durumu ağırdırsa, həmin ailəyə sosial yardım çərçivəsində kommunal xərclərlə bağlı güzəştlər təqdim oluna bilər. Bu, ya xərclərin qismən azaldılması, ya da müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması formasında olur”.
O qeyd edib ki, Azərbaycanda da hər hansı imtiyaz tətbiq olunacaqsa, bu, birmənalı şəkildə sosial vəziyyəti zəif olan, az təminatlı ailələrə yönəlməlidir:
“Peşəyə görə fərqləndirmə düzgün yanaşma hesab olunmur. Yəni əsas prinsip belə olmalıdır ki, imtiyazın verilməsində meyar insanın və ya ailənin maddi durumu olmalıdır. Maddi vəziyyəti ağır olan şəxslərə istər sənət adamı, istər müəllim, istər həkim olsun dəstək göstərilə bilər. Həmçinin çoxuşaqlı və aztəminatlı ailələr də bu kateqoriyaya aid edilə bilər. Lakin yalnız peşəsinə görə məsələn, bu şəxs sənətkardır, yazıçıdır və ya şairdir deyə imtiyaz verilməsi düzgün yanaşma deyil”. 
Xatırladaq ki, bir müddət əvvəl Xalq artisti, aktrisa Afaq Bəşirqızı tərəfindən sənətkarlar üçün ayrıca qəbiristanlığın yaradılması ilə bağlı irəli sürülən təklif mədəniyyət və incəsənət ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müzakirələrdə iştirak edənlərin böyük əksəriyyəti qeyd edir ki, dünyanın bir çox ölkəsində mədəniyyət, incəsənət və elm xadimləri üçün xüsusi qəbiristanlıqlar mövcuddur və bu, həmin şəxslərin cəmiyyət qarşısındakı xidmətlərinin qiymətləndirilməsi baxımından mühüm simvolik əhəmiyyət daşıyır. Bu baxımdan, belə bir təcrübənin Azərbaycanda da tətbiq olunması müsbət addım kimi dəyərləndirilir və milli mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hesab olunur. Bundan sonra  Xalq artisti Şeyx Əbdül Mahmudov təklif edib ki, sənət adamları kommunal xərclərdən tamamilə azad edilsin.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri