Icma.az
close
up
RU
“Müğənnilərin oxuduğu Afrika xalq mahnılarının baxış sayı yutubda pulla artırılır” İDDİA+ÖZƏL

“Müğənnilərin oxuduğu Afrika xalq mahnılarının baxış sayı yutubda pulla artırılır” İDDİA+ÖZƏL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Aztv və İtv-nin efirində bayağı, sənəti olmayan müğənniləri görə bilməzsən”

“Hər zaman gördüyüm işlərin hesabatını verirəm. Dekabr ayında sözləri Teymur Elçin, musiqisi Fikrət Əmirovun olan “De görüm, neyləmişəm” adlı mahnım dinləyicilərin ixtiyarına verildi. Noyabrın 8-i zəfər gününə özəl sözləri Rəsul Rza, musiqisi Rauf Hacıyevin “Vətən dedim” parçası işıq üzü gördü. Oktyabrda söz və musiqisi Gülşən Rafiqqızının olan “Bu günlə yaşa” treki, sentyabrda isə söz və musiqisi Elnarə Xəlilovaya aid “Elin Şadı” mahnım dinləyicilərin ixtiyarına verilib. Ən son klip avqust ayında-sözləri Mərhəmət Mehdiyev, musiqisi Məryəm Əlibəyliyə aid “Günəbaxan” mahnısına həyat yoldaşım Rövşən Cahangirov tərəfindən Laçında çəkildi. Məşhur “Kukla” mahnısına çəkilən klip isə youtube platforması üzərindən qısa zaman kəsiyində orqanik olaraq 3 milyon yarıma yaxın baxış sayı toplayıb. Bu son 6 ayın hesabatıdır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib.

O daha sonra bildirib ki, bu gün yazıb-yaradan bəstəkarlarımız, onların yazdıqlarını ifa edən sənətkarlarımız çoxdur. Lakin onlar da bayağı musiqi ilə bir o qədər də mübarizə apara bilmirlər:

“Böyük bəstəkarlarımız Faiq Sücəddinov, Eldar Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Sevda Məmmədli, Məryəm Əlibəyli bu gün də yazır və yaradır. Ən son H.Əliyev adına sarayda bəstəkar Vüqar Camalzadənin yaradıcılıq yubileyində bütün əsərlər simfonik orkestr üçün yazılmış partituralarla ifa olundu. Bəstəkarlar İttifaqının 90 illik yubileyində Sevda Məmmədli və DSX xalq çalğı alətləri ansamblı ilə canlı 2 nömrə ifa etdik. Muğam ifaçılarımızdan Mənsum İbrahimovla avqust ayında bir duet ərsəyə gətirdik. Əsl sənətkarlar heç vaxt nə musiqimizi, nə mədəniyyətimizi korlanmağa qoymurlar. Onlar həqiqətən də sənətə karı, xeyri, faydası olanlardır. Bu mənada Aztv və İtv-nin bu sənət nümunələrini seçərək göstərməyində çox böyük xidmətləri var. Bu 2 kanalın efirində də biz heç vaxt sənəti olmayanları görə bilmərik. Ancaq təəssüf ki, azlıq çoxluğa tabe olduğundan və sosial şəbəkələrin əksəriyyətində Afrika xalq mahnılarının baxış sayı pulla alındığından bəzən insanlarda yanlış fikir formalaşa bilir ki, zövqlər dəyişib, ancaq elə deyil. Azərbaycan Musiqisi Üzeyir Hacıbəyovlar, Qara Qarayevlər, Fikrət Əmirovlar, Səid Rüstəmovlar, Elza İbrahimovalar, Ramiz Mirişlilər, Vaqif Mustafazadələr, Rafiq Babayevlər, Müslüm Maqomayevlər, Rəşid Behbudovlar, Şövkət Ələkbərovalar, Fidan və Xuraman Qasımovalar, Əlibaba Məmmədovlar, Arif Babayevlər, Zeynəb Xanlarovalar, Flora Kərimovalar yetişdirən musiqi mədəniyyəti olub həmişə. Ona görə də biz hamımız əksər vaxt onlardan nümunə götürməliyik, afrikalılardan yox” deyə sənətçi bildirib.

Elnarə Xəlilova bildirib ki, indiyə qədər fəxri adının olmaması onun sənətə qarşı olan həvəsini qətiyyən azaltmır. Əksinə:

“Hər bir halda özümə həvəsdən düşməyi qadağan etmişəm və bu minvalla son 6 ildə ayda bir layihə edən yeganə sənətçiyəm. Hər bir işdə niyyət önəmlidir. Mən bu sənətə gələndə əsl sənətin nə olduğunu öyrənə bilmək üçün Azəri cazla başladım, ritm və bluzla davam etdim, hip-hop nümunələri göstərdim, daha sonra muğamlarımıza yiyələnmək üçün Milli Konservatoriyada oxudum, daha sonra 2 il rok ifa etdim və yenidən musiqinin pop janrına qayıtdım. Məqsədim və niyyətim hər zaman bu sənətin bütün incəliklərinə dərindən yiyələnmək olub-ona görə də mən bu amal uğrunda çalışıram-vuruşuram, hətta 6 ildir fəaliyyət göstərən “El” yaradıcılıq mərkəzinin yaradılması belə bu missiyanı daşıyır. Həm xalq arasında mən bu adı çoxdan qazanmışam. Bunu mənə hər yerdə həm deyirlər, həm də yazırlar. Odur ki, mən halımdan və yerimdən məmnunam” deyə müğənni bildirib.

Elnarə Xəlilova bildirib ki, dəvət aldığı hər toya getmir:

“Məni və sənətimi, əxlaqımı sevən hər bir kəs iki dünya bir olsa məni öz məclisinə dəvət etməyin yolunu tapır. Allaha şükür, bu gün dövlət tədbirlərində orkestrlə canlı ifalar da edirəm, xalq çalğı alətləri ansamblı ilə də canlı ifalar edirəm. Yeri gələndə rəqqaslarla şou da göstərirəm, necə deyərlər, hərəsinin öz yeri var. Bircə fonoqramla baş aldatmıram ki, o da mənim baş ucalığımdır. Odur ki, tamamilə zövq məsələsidir” deyə müğənni bildirib.

Müğənni bildirib ki, bu qədər qaçaqaçın içində ailəsinə də, ev işlərinə də vaxt ayıra bilir:

“İnandırım sizi, Elnarə Xəlilova hər işinə vaxt ayıra bilir. Bəlkə köməkçilərin ümidinə qalsaydım, yaxud sürücü aparıb gətirsəydi heç mən bu nəticələri verə bilməzdim. Maşallah, enerji var, potensial var, istedad, bacarıq və qabiliyyət də öz yerində. Odur ki, fərqlənə bilirəm və il ərzində gördüyüm bütün işlərdə, ailə, məişət, dövlət işi, yaradıcılıq məsələlərində xüsusi fərqlənməyi bacaranlardanam” deyə Elnarə Xəlilova bildirib.

Ötən gün sosial şəbəkələrdə ölkəmizdən parlaq ulduz adı ilə “Altın Kelebek”-ə qatılan sənətçilərimizi sərt tənqid etmişdilər. İzləyicilərin bir çoxu həmin şəxslərin ölkə miqyasında belə tanınmadığını bildirmişdi. Elnarə Xəlilova açıqlamasında “Altın kelebek”-ə qatılan sənətçiləri müdafiə edib:

“Mən Rilayanı da tanıdım, kifayət qədər istedadlı ifaçıdır, ancaq bizdə keyfiyyətli ifaçılar nisbətən az parlayır. Allah bütün gənclərin yolunu hər zaman açıq etsin, hər kimdilərsə hamısı öz azərbaycanlılarımızdır və qardaş Türkiyədə bizi təmsil edirlər. Əminəm, Sənubər xanım başda olmaqla, özlərini mədəniyyətimizin ən yaxşı təbliğ vasitəçiləri kimi göstərməyi bacarıblar” deyə müğənni bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 06:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri