Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı efirdə dava düşdü VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.
Milli.Az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ifaçı Zəhra arasında mübahisə yaranıb.
Belə ki, daha əvvəl dırnaq ustası olan ifaçı 3 aya 70 min qazandığını bildirib.
Onun bu açıqlaması müzakirə yaradıb və B. Hüseynova bunları söyləyib:
"70 mini necə qazandınız? Mənə maraqlı gəldi. Bunlar 3 ay içində oldu? Nəyə dayanaraq sizə bu qədər pul verdilər?
Anlaya bilmirəm. Sən oxudun, səsində möhtəşəm bir şey görmədim. Musiqiçi kimi deyirəm. Fikri nədirsə, zikri də odur. Özünüzü gülməli vəziyyətə qoymayın, 60 minə də inanmadım. Ağıl var, məntiq var, sən tanınmırsan, gəlib 70 min verirlər. Hazırda efirə baxan bütün sənətkarlar belə düşünür".
Zəhra isə B. Hüseynovaya bunları söyləyib:
"Ola bilsin ki, sizə həmin məbləği vermirlər, amma mənə dostlarım bu jesti edir. Hazırda siz trenddə yoxsunuz. Mənim olduğum məclisləri görsəniz, şoka düşərsiniz". (Bizim.Media)
Milli.Az
Baxış sayı:55
Bu xəbər 17 İyul 2025 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















