Müğənninin başına İŞ GƏLDİ: “Mənə qarşı artıq hərəkət oldu, yarımçıq çıxdım”
Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.
“Bir dəfə toyda mənə qarşı artıq hərəkət olub, məclisi yarımçıq qoyub çıxıb getmişəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ülviyyə Namazova “Xəzər axşamı”nda deyib.
Sənətçi toyda başına gələn hadisədən danışıb:
“Bəzilərinə elə gəlir ki, toyda oxumaq asandı, amma əziyyətimiz çoxdur. Toydur, içki aləmidir, bəzən artıq hərəkətlər olur, bütün müğənnilərin də başına gələ bilər. Mənə qarşı da bir dəfə artıq hərəkət olub, məclisi yarımçıq qoyub çıxıb getmişəm. Bu hadisə Bərdə rayonunda olub. Bəzən elə toy sahibləri görmüşəm, çox aqressiv olublar. Deyib pulunu vermişəm, saat 6-da gəlib oxusun, getsin. Məsələn, Rusiyada toya getmişdik, toy yiyəsi heç maraqlanmadı bunlar necə gəldi, nə yedi, nə içdi, amma yaxşı toy sahibləri də var”.
Nehru
www.yenicag.az
Baxış sayı:62
Bu xəbər 11 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















