Icma.az
close
up
RU
Müğənniyə medal verilməsi gündəm yaratdı “Necə aldığını açıqlamır”

Müğənniyə medal verilməsi gündəm yaratdı “Necə aldığını açıqlamır”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Nigar Rəhimovanın “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əsasən hərbçilərin təltif edildiyi bu medalın ifaçıya təqdim edilməsi birmənalı qarşılamayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün hərbi ekspert Ədalət Verdiyev də məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Nigar Rəhimova özü bu barədə məlumat yaysa da, sonradan tənqidlərə tab gətirməyərək statusunu silib: “Ona bu təltifin hansı hərbi hissədə, hansı qurum tərəfindən və hansı xüsusi xidmətlərinə görə təqdim edildiyini açıqlamır”.

Məsələ ilə bağlı Nigar Rəhimovanın köməkçisi bir neçə gün öncə Musavat.com-a açıqlama verib: “Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.

Məsələni müzakirəyə çıxaranların çoxu Nigar Rəhimovanı tanımadıqlarını vurğulayırlar. Müğənni ilə bağlı kiçik araşdırma apardıqda onun daha çox şadlıq məclislərində iştirakını əks etdirən videoları ilə qarşılaşdıq. O, eyni zamanda III “Muğam televiziya müsabiqəsi 2011”in iştirakçısı da olub. Sosial şəbəkələrdə yayılan məlumata görə isə N.Rəhimova həm də Azərbaycan Silahlı Qüvvələrinin solistidir.

İfaçı öz yutub kanalında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşısında oxuduğu mahnını da paylaşıb. O, illər əvvəl bu video ilə də gündəmə gəlibmiş.

N.Rəhimova həm də 2020-ci ildə karantin günlərində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq “Yaşa Azərbaycan” mahnısını ifa edən müğənnilərin arasında olub. 

Bəs “Vətən müharibəsi iştirakçısı” medalı kimlərə verilir?

“Vətən müharibəsi iştirakçısı” medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Lamiyə Məmmədova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri