Icma.az
close
up
RU
Mühafizəkarlıq dinlərin qarşısında maneə olur Müzakirə

Mühafizəkarlıq dinlərin qarşısında maneə olur Müzakirə

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bütün dinlər başlanğıcda islahatçı olur, ona görə də gəldiyi xalqlar və cəmiyyətləri inkişaf etdirir, irəli aparır. Ancaq daha sonra mühafizəkar olur və dəyişiklik, o cümlədən yeniliklər qarşısında maneəyə çevrilirlər. Yalnız istisna hallarda bəzi təriqətlər islahatçı mahiyyətini qoruyaraq inkişafa davam edə bilir. Ona görə də, hətta dəyərlər belə inkişaf etməli və mütərəqqiləşməyə davam etməlidir, dayanan kimi, geriləmə başlayır.

Ölkə.Az xəbər verir ki, bu sözləri Yaxın Şərq üzrə araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib.

Onun sözlərinə görə, söhbət əxlaqi dəyərlərdən getmir, ancaq zamanla dini institutlar mövcud vəziyyətin dəyişməsindən qorxduqları üçün onun qoruyucusu, mühafizəçisinə çevrilir: "Beləcə istəmədən də olsa dəyişiklik qarşısında maneəyə çevrilirlər. Bu, bir mənada qanunauyğunluğa çevrilib".

Araşdırmaçı "Əslində, Şərq və İslam aləmi mötədil və mühafizəkar həqiqi islamdan ayrılandan etibarən başına gəlməyən bəla qlamadı. Həzrət Əlinin xəlifələyini bir çoxları da məhz onun islami dəyərlərlə bağlı mühifəzəkar mövqe sərgilməsinə görə qəbulluna bilmirdilər" arqumentinə belə reaksiya verib:

"Xəlifəliyin Həzrət Əlidən alınması mühafizəkarlıqla əlaqəli deyildi. Əksinə, gənc idi və ənənəvi ərəb adətlərinə ziddi olaraq gənc ikən xəlifə seçilmişdi, sadəcə onun rəqibləri bunun adətlərə zidd olduğunu deyərək qarşı çıxırdı.

Məsələ hadisələrə və proseslərə yanaşmadır: "Fiqh (şəriət elmi) elastikdir. Kalvinizm* örnəyi var, ikincisi, bir çox nümunələr var".

*Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul edilib.

Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Niderlandda yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər tanrıya yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır. Kalvinizm inancına görə insanlar qurtuluş üçün seçilmiş və seçilməmiş olaraq doğulurdular. İnanca görə, bu vəziyyəti dəyişmək mümkün deyildi. İnsanlar lənətlənmiş və ya sən onu müqəddəsləşdirmiş olurdular və müqəddəsləşdirilmiş və ya lənətlənmiş olduqlarını iş həyatındakı uğurlarına görə anlayırdılar. Yəni insanın İlahi və ruhi vəziyyəti müsbət və davamlı inkişaf halındadırsa o adam müqəddəsləşdirilmiş idi. Əksinə, ruhi həyatı mənfi gedirsə o insan lənətlənmiş sayılırdı. Kalvin, Xristianların yalnız kasıb ola biləcəyinə inanmazdı. Xüsusilə bəzi insanlar yoxsulluğun bir Xristianlıq simvolu olduğunu düşünüb bəhanə edərək işləməkdən çəkinirdilər. Bu səbəblə Kalvin, tənbəl və işləmək istəməyən adamların lənətlənmiş olduqlarını deyirdi. Çünki tənbəllik bir günahdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Yanvar 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri