Icma.az
close
up
RU
Müharibə ABŞ də benzini rekord həddə çatdırdı

Müharibə ABŞ də benzini rekord həddə çatdırdı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də benzin qiymətləri son 11 ayın ən yüksək səviyyəsinə çatıb

Amerika Avtomobil Assosiasiyasının (AAA) son məlumatlarına görə, ABŞ-də benzin qiymətləri hər qallon üzrə daha 5 sent artaraq orta hesabla 3,25 dollara yüksəlib. Bu, son 11 ayın ən yüksək göstəricisidir.

Ölkə.Az "CNN"ə istinadən xəbər verir ki, cümə günündən bəri qiymətlərin hər qallon üçün 26 sent artması İranda baş verən müharibə və dünya neftinin təxminən 20 faizinin daşındığı strateji Hörmüz boğazının faktiki bağlanması ilə əlaqələndirilir. Qiymətlər həmçinin İranın neftlə zəngin qonşuları — Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə cavab zərbələri endirməsindən sonra yüksəlməyə başlayıb.

Artımın böyük hissəsi son üç gün ərzində baş verib. Bununla belə, bu gün qeydə alınan 5 sentlik artım çərşənbə günü baş verən 9 sentlik və çərşənbə axşamı qeydə alınan 11 sentlik sıçrayışdan azdır. Həmin 11 sentlik artım isə 2005-ci ildə baş verən “Katrina” qasırğasından bəri ən böyük birgünlük bahalaşma olub.

Ümumilikdə isə son bir neçə gündə benzin qiymətlərinin 25 sent artması 2022-ci ilin martından — Rusiyaya Ukraynaya müdaxiləsinə görə sanksiyaların tətbiqindən sonra qeydə alınan dövrdən bəri ən böyük üçgünlük artım sayılır.

Dizel yanacağının qiymətləri isə daha sürətlə artır. Cümə axşamı gününə olan məlumata görə, dizelin orta qiyməti 12,8 sent artaraq qallon üçün 4,17 dollara çatıb. Beləliklə, son üç gündə dizel 40 sent bahalaşıb.

ABŞ-də az sayda sürücü dizel mühərrikli avtomobillərdən istifadə etsə də, yaxın həftələrdə bu artım bütün istehlakçılara təsir göstərə bilər. Çünki dizel əsasən yük maşınlarında istifadə olunur və əksər nəqliyyat şirkətləri tariflərinə yanacaq əlavəsi tətbiq edir. Dəniz daşımalarında da yanacaq rüsumları tətbiq edilir. Nəticədə malların daşınması bahalaşır və bu, istehlak qiymətlərinin artmasına səbəb ola bilər.

Dizelin bahalaşması fermerlərə də zərbə vura bilər. Çünki kənd təsərrüfatı texnikasının böyük hissəsi dizellə işləyir və hazırda ABŞ-də yaz əkin mövsümünə hazırlıq dövrüdür. Bundan əlavə, ölkənin şimal-şərq bölgələrində evlərini mazutla qızdıran ev sahibləri də bahalaşmadan təsirlənə bilər, çünki mazut faktiki olaraq dizellə eyni məhsuldur.

Topdansatış qaz qiymətləri, eləcə də neft bazarının iki əsas göstəricisi olan West Texas Intermediate (WTI) və Brent markalı neftin qiymətləri də bu gün ticarətin əvvəlində bir qədər artım göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri