Müharibə artıq qapıdadır: ABŞ İran ətrafına hərbi gəmilər göndərdi
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Silahlı Qüvvələri Fars körfəzi bölgəsinə altıncı esminesini göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə CBS News telekanalı və Reuters agentliyi məlumat yayıb.
Adı açıqlanmayan Amerika rəsmisi bildirib ki, hazırda ABŞ-ın Yaxın Şərq regionunda bir aviadaşıyıcısı, altı esminesi və üç sahilboyu döyüş gəmisi mövcuddur. Onlar artıq bölgəyə çatıblar.
Xatırladaq ki, ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatını istisna etməyib. Onun sözlərinə görə, bu addım ABŞ tərəfindən “preventiv tədbir” kimi qiymətləndirilə bilər. Rubio əlavə edib ki, İran ətrafında artan gərginlik fonunda ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək niyyətindədir.
Hazırda regionda vəziyyət gərgin olaraq qalır və tərəflərin növbəti addımları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 29 Yanvar 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















